|
|
Allahşükür Paşazadə İran nümayəndə heyəti ilə görüşüb-fotoQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Radio və Televiziya Təşkilatının sədr müavini Mühəmməd Əhkarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ-nin mətbuat xidmətinin məlumatında bildirilir ki, Allahşükür Paşazadə Azərbaycanda dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dövlətin dini irsə qayğısı barədə danışıb. QMİ sədri xalqlarımız və dövlətlərimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində KİV-in böyük rolu olduğunu xüsusi vurğulayıb. O, AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycanın yerləşdiyi coğrafi məkana uyğun namaz vaxtları, dini bayramları əks etdirən təqvimin hazırlanması üzərində gedən iş və iranlı alimlərlə bu sahədə aparılan məsləhətləşmələr barədə də qonağı məlumatlandırıb. Mühəmməd Əhkari öz növbəsində, rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələr, dini maarifləndirmə sahəsində görülən işlər barədə məlumat verib. ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2015 13:39 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |