|
Natiq Rəhimovun "Azərbaycanın din alimləri" kitabı nəşr edilibDini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun müəllifi olduğu "Azərbaycanın din alimləri" kitabı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəfis tərtibatla nəşr edilib. Ahlibeyt.az-ın məlumatına görə, müəllif kitabın nəşrinə göstərdikləri köməyə görə Dini Komitənin rəhbərliyinə, kitabın redaktoruna təşəkkür edirək qeyd edib ki, kitab bu mövzu ilə maraqlananlara gözəl bir töhfə olacaq. Natiq Rəhimov bildirib ki,təqdim edilən bu kitab ilahiyyat sahəsində və bununla bağlı elmlərdə müstəsna xidmətləri olmuş və çox yüksək məqama çatmış azərbaycanlı alimlərin həyat və yaradıcılığı haqqında məlumatları əhatə edir. Kitabda yalnız Şimali Azərbaycan torpaqlarından və tarixən azərbaycanlılar yaşamış İrəvan, Dərbənd kimi şəhərlərdən çıxmış din alimlərindən söhbət açılır, Cənubi Azərbaycanda yaşayıb-yaratmış şəxslər bura aid edilməmişdir. Bu kitaba daxil edilmiş fiqh mütəxəssislərindən hər biri ya öz dövründə mərceyi-təqlid kimi tanınmışdır (yəni müqəllidləri olmuşdur), ya da dünya şöhrətli mərceyi-təqlidlərin yetişməsində mühüm rol oynamışdır. İctihada çatmış hər alim kitaba daxil edilməyib. Müəllf qeyd edir ki, Azərbaycanın hər bir bölgəsindən, hətta ən kiçik kəndlərindən belə, minlərlə insan məşhur hövzələrdə (dini elm mərkəzlərində) oxuyub ictihad dərəcəsinə çatmışdır. Onların hər biri haqqında məlumat verməyə bu kitabın həcmi də imkan verməz. Kitabda tərcümey-halı verilmiş alimlər haqqında digər mənbələrdəki məlumatlar ya həddindən artıq qısadır, ya da ümumiyyətlə yox dərəcəsindədir. Kitabın yazılışı zamanı mənbələrdəki informasiyalar müqayisəli təhlil edilmiş, dəqiqləşdirilmiş, ardıcıl və sistematik şəkildə düzülmüşdür". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2015 12:35 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |