|
Bu gün İmam Müseyi Kazım(ə)ın şəhadət günüdürBu gün hicri qəməri tarixi ilə rəcəb ayının 25-i müsəlmanalrın yeddinci imamı həzrət Musa-Kazimin (ə) zalım Abbasi xəlifəsi Harun Ər-Rəşidin tərəfindən zindanda zəhərləndirilərək, şəhid edilən günüdür. İmam Musa-Kazim (ə) hicrətin 128-ci ilində Məkkə və Mədinə arasında yerləşən əl-Əbva bölgəsində düyaya gəlib. Hicrətin 148-ci ilində İmam Sadiq (ə) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində dörd xəlifənin hakimiyyətinə təsadüf etmişdir. Mənsur Dəvaniqi (137-158 h.q); Məhəmməd − Məhdi adı ilə tanınmış (158-169); Musa − Hadi adı ilə tanınmış (169-170); Harun Ər-Rəşid (170-193). İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin qüdrətli dövrünü yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki, öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O,bu işdə təkcə şiələri deyil,eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki,Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin təyib edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: "Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır: Dövrün xəlifəsi – Mənsur Dəvaniqi; Mədinə hakimi və məktubu yazanın özü- Məhəmməd ibn Süleyman; Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük qardaşı); Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)); Həmidə (İmam Sadiq əleyhissəlamın həyat yoldaşı);” Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib deyir ki, bunları öldürmək olmaz! İmam Sadiq əleyhissəlamın bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (əleyhissəlam) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan tanıtdırmışdı. lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı. Mənsur öldükdən sonra onun Məhdi adı oğlu Məhəmməd hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın alqışları ilə qarşılandı. Çünki o hakmiyyətə gəldiyi ilk vaxtda "Yaşıl bağ”da camaat qarşısında ümumi əfv etmə qərarı çıxarıb bütün siyasi məhbusları (istər Bəni-Haşimdən olsun istərsə də qeyri Bəni-Haşimdən) azad edərək insanların əzab-əziyyətinə və qırğınına son qoydu. Həmçinin, atası Mənsurun camaatdan müsadirə etdiyi əmlakı öz sahiblərinə qaytardı və beytül-maldan olan gəlirin əksəriyyətini camaat arasında bölüşdürdü. Lakin Məhdi də Mənsur kimi Bəni-Haşimə qarşı olunan təzyiqlərdə əlindən gələni əsirgəmir hətta bəzi vaxtlar onları Mənsurdan da çox təzyiqlərə məruz qoyurdu. Əli əleyhissəlamın övladlarını hər an öz hökuməti üçün təhlükə hesab edən Məhdi onların başçılığı ilə olan hər hansı bir etirazın qarşısını almağa çılışırdı. Hicrətin 169-cu ili İslam tarixi üçün qeyri-sabit və qəmli bir il olmuşdur. Çünki həmin il Məhdi Abbasinin ölümündən sonra onun kefcil və məğrur oğlu Hadi Abbasi hakimiyyətə gəlir. Onun hakimiyyət dövrü İslam cəmiyyəti üçün baha başa gələn acı hadisələr dövrü olmuşdu O, hakimiyyətə gəldiyi ilk çağlardan Bəni-Haşimdən olanları ciddi təzyiqlərə məruz qoyub atası Məhdinin dövründən onlar üçün beytül-maldan ayrılmış hüququ kəsdi. Həmçinin, onları təqib edərək onlarda bərk qorxu yaratmış və əmr vermişdi ki,onları harada tutsalar, Bağdada göndərsinlər.Bu təhdidlərə İmam Kazim (ə) soyuqqanlı yanaşsa Peyğəmbər ailəsi və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi. İslam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi xəlifələri öz hakimiyyət dayaqlarını möhkəmlətmək və camaat arasında nüfuzlarını artırmaq üçün qəlblərə mənəvi nüfuz tapıb camaatın yanında etimadlarını doğrultmaq fikrində idilər ki, bəlkə bu yolla müsəlmanlar onların hakimiyyətini sidq ürəkdən qəbul edib onlara itaət etməyi özlərinə şəri bir vəzifə bilsinlər. Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hakimiyyət dairəsinin genişliyi,imkanlarının çox olmasına baxmayaraq, qəlblərin İmam Museyi-Kazim əleyhissəlamla olmasını bilən Harun bu məsələdən çox narahat olur. Harun hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zakatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib orada həbs olunsun. Bir il Bəsrə zindanında qaldığı müddət İmam (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən onu başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan nəzarətçilərindən İmamı (ə) öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın sahibi Sind (l.ə) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər Kazim (ə) şəhadətə çatdı Harun çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və həm özünə bəraət qazansın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər cəsədinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam (ə) xalqın matəm və əzası altında İraqda Kazimeyndə torpağa tapşırıldı. Bu gün imamın qəbri İraqın Kazimeyn şəhərində yerləşir, onun pak qəbri milyonlarla müsəlmanın ziyarətgahına çevrilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2015 11:27 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |