|
|
Azərbaycanda yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim olunubDini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak edib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, ölkədə dini durum sabitdir və dövlət-din münasibətləri qanunla tənzimlənir. Komitə sədri qeyd edib ki, Dini icmaların maarifləndirmə işinin təşkili və icmaların fəaliyyətinin yaxşılaşdırılması məqsədilə ölkə Prezidenti tərəfindən ayrılmış maliyyə yardımı bunun əyani göstəricisidir. Maliyyə yardımı İslam və qeyri-islam dini icmalar üçün nəzərdə tutulub. Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyyələr verən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı onların yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyətinin zəruriliyini vurğulayıb. Eyni zamanda, Mübariz Qurbanlı dini icma sədrlərinə rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummlilli maraqlardan çıxış etmələrini tövsiyyə edib. Dini icma sədrləri çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Sonda qeydiyyatla bağlı şəhadətnamələr dini icma sədrlərinə təqdim olunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2015 11:29 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |