|
I Avropa Oyunlarında iştirak edəcək dindar idmançılar, məşqçilər və digər qonaqlara dini ayinlərin icrası üçün hər cür şərait yaradılacaqAvropa Oyunlarında iştirak edəcək dindar idmançılar, məşqçilər və onlarla birgə gələn digər qonaqlara dini ayinlərin icrası üçün hər cür şərait yaradılacaq. Ahlibeyt.az-ın verdiyi məlumata görə,bunu Trend-in rəsmi sorğusuna cavabında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib. Komitə sədri bildirib ki, Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) I Avropa Oyunlarında iştirak edəcək idmançılar, məşqçilər və onlarla birgə gələn digər qonaqlar üçün “Atletlər kəndi”ndə xüsusi yer ayırıb. Həmin yerdə müsəlmanlar, yəhudilər və xristianların, eləcə də digər dinlərin nümayəndələrinin ibadət etməsi üçün tam şərait yaradılıb: “Avropa Oyunlarına gələn dindar idmançılar və digərləri dini ayinlərini icra etmək üçün yarışlara gəlməzdən əvvəl bu istəyini təşkilatçılara bildirməlidirlər. Bunun üçün artıq xüsusi sistem və siyahı müəyyənləşdirilir. Hazırda bu sistemin əsasında bütün dini konfessiyalar, hətta lokal dinlər də nəzərə alınmaqla “Atletlər kəndi”ndə mütəxəssislər işləyirlər. Məlumatda bildirilir ki,bu məqsədlə Dövlət Komitəsindən xüsusi qrup ora ezam olunub. Bundan əlavə, ayrı-ayrı dini icmalarla da danışıqlar aparılıb. Onların nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına gələcək idmançılar, məşqçilər və s. şəxslərə öz dini ayinlərini icra etmək üçün hər cür şərait yaradılacaq”. M.Qurbanlı əlavə edib ki, Avropa Oyunlarında yarışları izləməyə gələn digər qonaqlara və turistlərə gəlincə, Bakıda kifayət qədər məscid, kilsə və sinaqoq olduğundan onlar ibadətlərini və dini ayinlərini istədikləri yerdə rahat icra etmək imkanına malik olacaqlar. DQİDK sədri, həmçinin, qeyd edib ki, yaranmış fürsətdən istifadə edərək Avropa Oyunları zamanı Azərbaycanın multikultural ənənələrinin, dəyərlərinin, dini tolerantlıq nümunəsinin təbliği məqsədilə ölkəmizə gələn xarici idmançılara, qonaqlara, turistlərə broşürlər paylanacaq, onlar bu barədə ətraflı məlumat veriləcək: “Bu vasitə ilə Azərbaycanda dini dözümlülüyün mövcudluğu, bütün dini konfessiyaların birgə və bərabər şəkildə fəaliyyət göstərdiyi paytaxtımıza gələnlərin diqqətinə çatdırılacaq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2015 13:01 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |