|
|
Bakıda növbəti Quran Gecəsi keçirilibBakıdakı Hacı Cavad Məscidində növbəti Quran Gecəsi keçirilib. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, mərasimdə tanınmış Quran qariləri, ziyalılar, o cümlədən ilahiyyatçı-alimlər iştirak ediblər. Mərasimdə çıxış edən məscidin axundu,ilahiyyatçı alim Əhliman Rüstəmov bildirib ki, Quran bəşəriyyətin axirət və dünya həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur. Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Quran ayələrinin dərin mənalarını dərk etməyə çalışan oxucu ondan vəsfolunmaz ləzzət alır. Nəticədə qəlbi nurlanır və mənəvi paklığa nail olur. Ə.Rüstəmov bundan sonra da Hacı Cavad Məscidində belə mərasimlərin keçiriləcəyini bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2015 16:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |