|
Hacı Şahin Həsənli -Təkfirçi cərəyanlar öz düşündükləri mədəniyyəti sırımaq istədikdə mövcud “ana mədəniyyəti” sıradan çıxarmağı hədəf götürürlər“Jurnalistlər Ekstremal Şəraitdə” (JEŞ) ictimai birliyi çərşənbə günü “Qafqaz” universitetində dəyirmi masa keçirməklə “Dindarların cəmiyyətə inteqrasiyası” layihəsinin reallaşdırılmasına start verib. Ahlibeyt.az-ın Contact.az-a istinadən verdiyi məlumata görə,dəyirmi masada son vaxtlar islam ölkələrində baş verən proseslər, islam qanunlarına qeyri-ənənəvi baxışların yaranması, bu sahədə Azərbaycandakı durum müzakirə edilib. Natiqlərə görə, Azərbaycan cəmiyyətinin əksəri müsəlmanlardır və buna görə dindarların cəmiyyətə inteqrasiyası kimi problem yaşanmır. Dindarlar cəmiyyətdən təcrid edilmiş halda deyillər. Azərbaycana islam dini adı altında qeyri-ənənəvi cərəyanların ayaq açdığını deyən natiqlər bu cərəyanları təkcə dini yox, həm də milli müxaliflikdə ittiham ediblər.Onlara görə, bu radikal cərəyan mənsubları Azərbaycan xalqının bir çox adət-ənənələrini küfr sayır,tanınmış ədəbi simalarını kafir adlandırırlar. İlahiyyatçı alim,“Məşədi Dadaş məscidi” imam camaatı Hacı Şahin Həsənli bu təriqətlərin ölkədə yayılmasını təhlükəli hesab edib. Onun fikrincə, bu cərəyanlar ölkəyə öz düşündükləri mədəniyyəti sırımaq istədikdə mövcud “ana mədəniyyəti” sıradan çıxarmağı hədəf götürürlər. Ş.Həsənli belə radikal cərəyanlar içindən kimlərinsə cəmiyyətə adaptasiyasını mümkün saysa da, toplum olaraq bunu mümkün saymayıb. Bu halda formanın dəyişməsini mümkün sayan Ş.Həsənli mahiyyətini dəyişməsinin mümkünsüzlüyünü nəzərə çatdırıb. “Əgər bunun qarşısı alınmasa, cəmiyyətdə qütbləşmə qaçılmaz olacaq”, deyə Ş.Həsənli bildirib. Onun fikrincə, təkfirçi və inkarçı cərəyanların məqsədi nəinki dini vəhdətə nail olmaqdır, əksinə dini parçalanmalara xidmət etməkdir. Ona görə də bu radikal cərəyanlara qarşı həm hüquqi müstəvidə, həm də maarifçilik sahəsində paralel mübarizə aparılması təklif edilib. Azərbaycanda mövcud olan ənənəvi dini məzhəblərin öz aralarında problem yaşamadığını deyən Ş.Həsənli məhz qeyri-ənənəvi cərəyanların belə problem yaratmağa çalışdığını deyib. Bundan iərli gələrək ciddi dini təbliğə ehtiyac yarandığı nəzərə çatdırılıb. “Cümə” məscidi icmasının təmsilçisi Hacı Elşən Əlizadə hazırda dini sahədə bir gərginlik yaşandığını deyib. O qeyd edib ki, bu gərginlik insanların əsaslı dini bilgilərə sahib olmadıqlarına görə radikal cərəyanların “tor”una düşməsilə müşayət edilir. Onun dediyinə görə, elə bir durum yaranıb ki, valideynlər övladlarını “yad” təsir altına düşməsin deyə məscidlərə buraxmaqdan imtina edirlər. Onun fikrincə, belə yad təsirlərin aradan qaldırılması üçün ən yaxşı çıxış yolu dinin orta məktəblərdə vahid proqram üzrə tədris olunmasıdır. “Bu fənnin tədris olunmasına elm və din xadimləri arasındakı birgə müzakirələrdən sonra qərar vermək olar”, - deyə E.Əlizadə bildirib. Müzakirələrə qatılan “Qafqaz” universitetinin müəllimi Ceyhun Mirzəyev də maarifləndirmə işinin gücləndirilməsini, ölkə həyatına tətbiqi uyğun olan dini modelin hazırlanmasını təklif edib. Bəzi natiqlər isə dini sahədə televerilişlərin müntəzəm yayılmasına ehtiyac olduğunu xüsusi olaraq vurğulayıblar. “JEŞ” ictimai birliyi layihəni QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2015 13:15 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |