|
Xanım Zeynəb(s.ə) bəşəriyyətə təfəkkür,fədakarlıq və səbr nümunəsidirBu gün Hicri-qəməri tarixi ilə rəcəb ayının 15-i,imam Əlinin (ə) qızı, imam Hüseynin (ə) Kərbəlanın qadın qəhrəmanı həzrət Zəynəbi-Kubranın vəfat günüdür. Xanım Zeynəb(ə) hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın evində dünyaya göz açmışdır. Həzrət Zeynəbin təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi məqamlar qaranlıq qalmışdır Həzrət Zeynəb həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Onun həyatının son illəri, imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünəməxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır.İmam Hüseyn (ə) qiyamının hər tərəfli təhlili üçün Zeynəbi öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir. Zeynəb (s)ın saysız-hesabsız fəzilətlərinin bəzi cəhətlərinə nəzər salıb, onun simasını insana aid olan uca ləyaqətlər güzgüsündə görək və kamillik yoluna o böyük xanımdan ilham almaqla qədəm götürək. Allaha bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının təminatçısıdır və insanın inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu bəndəliklə kamala əl tapır və mələklərdən önə keçərək yer üzündə Allahın canişini və mələklərin səcdəgahı olur. Bəndəlik bütün vücudu ilə öz ağa və məbudunun qulluqunda olmaq, onun fərmanından başqasına qulaq asamamaq, ondan başqası üçün iş görməmək və onun razılığından başqa bir şey düşünməmək deməkdir. Bəndəlik və ixlasın mənası budur. İnsanın bəndəliyinin qədəri onun Allaha olan mərifətinə bağlıdır. Buna əsasən Allahı yaxşı tanıyıb varlığı yaradanın əzəmətini dərk edənlər özlərinin Allaha olan möhkəm aslılıq və ehtiyaclarını anlayır və ona ibadət üçün baş əyirlər. Peyğəmbər və imamlar mərifətin uca zirvəsində, ibadət və bəndəliyin nəhayətindədirlər. Bu xanədanın əzəmətli ağacının bir qönçəsi olan Zeynəb onların məktəbində tərbiyə almış, bəndəlik və ibadət dərsini yaxşı öyrənmişdir. Belə ki, onun bəndəliyinin əzəmətini həyatının bütün mərhələlərində görürük. Böyük və əzəmətli Allaha əlaqəsini, ibadət və namazlarını həyatının ən çətin mərhələlərində müşahidə edirik. Həyatın eniş-yoxuşları nəinki onu Allahın ibadət və bəndəliyindən qafil etməyib,hətta onun bəndəlik və ibadət cilvələri çətinliklərdə daha çox özünü büruzə verir. O, gecə yatmamaq və məbudu ilə razi-niyaz etməyin aşiqi, gecə oyaqlıqlarının və gecə yarısı ahlarının tərbiyələndirdiyidir. İmam Hüseyn (ə) Zeynəbin uca məqamına hamıdan yaxşı bələddir. Ona görə də Aşura gününün sonuncu vidasında bacısına buyurdu: «Ya uxtah, la tənsini fi nafilətil-ləyl». "Bacıcan, gecə namazında məni unutma”. Həmçinin imam Hüseyn (ə)-ın qızı Fatimədən belə nəql olunurdu ki, bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət mehrabında dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək diləyirdi: nə bizim göz yaşımız bir anlığa dayandı və nə naləmiz kəsildi. Bu cəhətdəndir ki, imam Səccad (ə) buyurur: Bibim Zeynəb Kərbəladan Şama qədər olan əziyyət və çətinliklərə baxmayaraq gecə nafilələrini qılır və bütün çətinliklərlə belə öz ibadətlərini unutmurdu. Zeynəbin qorxmazlığı, şücaəti, ürək qüvvəti və aramlığı həmin Allaha təvəkkülündən qaynaqlanırdı. Yezidin sarayındakı kəskin sözləri və o zəhərli fəzada "nəhy əz munkər” etməsi səfərin bütün mərhələlərində ismət və həyasını qoruyub saxlaması, hər yerdə öz vəzifəsinə əməl etməsi, hamısı bütünlüklə Zeynəb bəndəliyinin cilvələridir. Zeynəbin mühüm xüsusiyyətlərindən biri onun elmi və savadıdır ki, bunun dərinliklərini onun çıxış və nitqlərində görmək olur. İmam Səccad (ə) buyurur: Zeynəb bütün mərhələlərdə öz vəzifəsi ilə tanış idi. Sükut edilməli yerdə sükut, fəryad edilməli yerdə fəryad və canfəşanlıq edilməli yerdə canfəşanlıq edirdi. Əhli-beyt karvanını idarə etməkdə isə tədbiri çox heyrətamiz idi. Qadının şəfqət və hissiyatlarla dolu olmasına baxmayaraq, heç vaxt bu hissiyat Zeynəbin düşüncə və tədbirinə qalib olmadı, onu öz ilahi vəzifəsindən qafil etmədi. O, ən qorxulu səhnələrdə düşüncə ilə davrandı və buna görə də "Əqileye bəni haşim” yəni, bu xanədanın bilikli qadını adı ilə tanındı. Zeynəb, Əli və Zəhranın qızıdır, o ailə ki, "Həl əta” surəsi onların şənində nazil olub, onları xaliscəsinə etdikləri isara-özlərinin ehtiyacı olanları başqalarına ehsan etməyə görə tərif etdi. Bu xanədandan olan və tovhid məktəbindən dərs alan Zeynəb, öz yaşayışında, xüsusi ilə Seyyidüş-şühəda hərəkatında öz rahatlıq və asayişinə göz yumdu. Və fədakarcasına özünü və əzizlərini Allah yolunda fəda etdi. Bütün çətinlikləri canına alıb dözdü. Onun böyük Kərbəla hərəkatındakı fədakarlıqları tarixin dillər əzbəridir. O, çətinliklərdə özündə keçdi və fədakarcasına davrandı. çətinlikləri qarşılamaqda qabaqcıl idi və onların qarşısında nəhayət dərəcədə müqavimət göstərirdi. Səfər boyunca uşaqları və karvan əhlini himayə edir və hətta öz yemək payını da başqalarına verirdi. İmam Səccad (ə) buyurur: Bibim Zeynəb Kufədən Şama qədər bütün müstəhəb və vacib namazlarını yerinə yetirdi. O, mənzillrdən birində zəiflik və aclığın şiddətindən oturaq halda namaz qıldı, çünki üç gün idi öz yemək payını kiçik yaşlı uşaqlara verirdi. Zeynəbin bütün bu fədakarlıqları öz məqsəd və yoluna imanı olduğu üçün idi və o yolda heç cür canfəşanlıqdan sıxılmırdı. Bəlkə də əziz Peyğəmbərin Zeynəbin təvəllüdü vaxtında buyurduğu "hamının bu qıza hörmət etməyini vəsiyyət edirəm, çünki, o Xədicəyə oxşayır” kəlamı onun Allah yolunda fədakarlıq və özündən keçmə ruhiyyəsində olduğu üçün idi. Axı Xədicə də belə idi. Peyğəmbərin tək olduğu vaxtda Xədicə bütün var-dövlətini və öz mevqeyini fədakarcasına islamın inkişafı yolunda sərf etdi. Zeynəb də imam Hüseyn (ə)-ın kənarında və onunla birgə Allahın dinini qorumaq yolunda hər şeydən keçdi. Həqiqi səbri yalnız imanın yanında axtarmaq lazımdır. Həqiqi səbr edən düzgün mömindir. İman və səbrin əlaqəsi o qədər səmimi və bir-birinə bağlıdır ki, rəvayətlərdə onların ikisinin baş və bədən ifadəsi ilə adları çəkilibdir. «Əssəbru minəl imani bi mənzələtir–rəsi minəl cəsəd». "Səbrin imana nisbətən mövqeyi, başın bədənə nisbətən olan mövqeyidir”. Bu təbir imanın həyatı və mömininin inkişaf və tərəqqisinin, onun səbrinin sayəsində olduğunu, səbirsiz möminin imanının get-gedə aradan getməsini bəyan edir. İmanla yaşamaq və öz vəzifə və borcunu yerinə yetirmək səbirsiz mümkün deyil. Bu səbəbdən səbr barəsində olan rəvayətləri üç hissəyə – itaət bərabərində olan səbr, günah bərabərində olan səbr və müsibət üz verən zaman səbr etməyə bölmüşlər. Alah yolunun çətinlikləri, həmişə insanın inkişaf səviyyəsini formalaşdırır. Əli (ə) buyurur: İnsan imanın həqiqətini bu üç xüsusiyyətə malik olmasa dərk edə bilməz: Dindən xəbərdar olmaq, çətinliklərin qarşısında səbrli olmaq və yaşayışını idarə etməkdə yaxşı tədbirli olmaq. Görün ki, həyat çətinlikləri qarşısında insanın səbr etməsi imanın həqiqətini dərk etməyə zəminə yaradır. Allah yolunda çəkilən çətinliklər və müsibətlərin başqa bir təsiri axirətdə insana nəsib olan səvab və nemətlərdir. İmam Sadiq (ə) belə buyurur: Allah insana həyatın çətinlikləri, xəstəliklər, qohumların müsibəti, iqtisadi problemlər və dünya bəlaları ilə öz nəzər diqqətində yer verir ki, ona səbr və əcr əta etsin. Bəzən isə kamillik və behişt nemətlərinə yetişmək, yalnız həyatın çətinlik və müsibətlərindən keçməklə müyəssər olar. Bu barədə bir rəvayətə diqqət edin. İmam Sadiq (ə) buyurur: Bəzən bəndənin Allah yanında dərəcə və məqamı olur. Lakin bəndə bunu öz əməlinin vasitəsi ilə əldə etmir. Buna görə də Allah onu xəstəliyə, fəqirliyə və ya övlad müsibətinə mübtəla edir. Əgər bu bəlaların qarşısında səbr edərsə Allah ona o dərəcə və məqamı verir. Bu imam Hüseyn (ə)-ın sözləridir ki, öz yol yoldaşlarına buyurur: «Fələmu ənnəllahə innəma yəhəbul mənaziluş-şərifətə li ibadihi bi ihtimalil məkarihi». «Bilin ki, Allah çətinliklərə dözməklə bəndələrinə dəyərli məqam və dərəcə verir». Yaşayışın gətirdiyi çətinlik və müsibətlər üçün deyilən qiymətlərə nəzər salmaqla belə nəticə almaq olar ki, imanlı insanlara üz verən müsibət və çətinliklərin iki cəhəti vardır: Biri xoşa gəlməz və pis olan zahiri cəhəti, digəri isə çox gözəl olan həqiqi cəhəti. Bu cəhətdən də rəvayətlər, müsibətləri möminlər üçün ilahi hədiyyə və töhfə kimi tanıtdırır. «Əl məsaibu minhun minəllah». «çətinliklər Allah tərəfindən hədiyyədir». Odur ki, görürük Allah peyğəmbərləri və övliyaları, müsibətlərin gözəl üzünü görürlər və onun qarşısında təslim və razı olurlar.Müsibətin baş verməsi ilə bağlı heç bir şikayət və giley-güzar olmadığından əlavə razı və şaddırlar. Həqiqəti görən Zeynəb, müsibətlərin və çətinliklərin gözəl və həqiqi üzünü gördükdə, onlara yaxşı gözlə baxır və onların qarşısında səbr edir. Zeynəbin həyatı həmişə – uşaqlığından bəri, böyük müsibətlərlə yoldaş olub, babası Peyğəmbəri əldən vermək müsibəti, anası Fatimənin müsibətləri, atası həzrət Əli (ə)-ın şəhadət müsibəti, qardaşı imam Həsən (ə)-ın şəhadət müsibəti və Kərbəlanın saysız-hesabsız üzücü müsibətləri dünyanın ən böyük müsibəti sayılır. Zeynəb bu müsibətlərlə səbr və düşüncə ilə qarşılaşdığından onun adı səbrlə qoşa çəkilir. Onun səbrini imam Hüseyn (ə)-ın və başqa şəhidlərin cəsədləri yanında İmam Səccada ürək-dirək və təsəlli verərkən görmək olar. Və nəhayət həzrət Zeynəb səbrinin əzəmətini, onun İbni Ziyad qarşısında, bütün bu müsibətlərə gözəl mövqeyini bəyan edəndə görmək olar. «Ma rəəytu illa cəmila». «Gözəllikdən başqa bir şey görmədim».
Məhəmməd İştihardinin "Həzrəti Zeynəbin Həyatı" kitabından xülasə Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2015 13:50 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |