|
İslam.az “Ramazana doğru” tədbiri keçiribMayın 2-də, Həzrət Əlinin (ə) mövlud günü, Gəncliyə Yardım Fondunun Hacı Zeynalabidin Tağıyev adına akt zalında müqəddəs 3 ayların (Rəcəb, Şaban və Ramazan) başlaması münasibəti ilə Dini Araşdırmalar Mərkəzinin dəstəyi ilə islam.az portalının təşkil etdiyi “Ramazana doğru” adlı tədbir keçirilib. Ahlibeyt.az-ın İslam.az-a istinadən vedridiyi xəbərə görə, tədbir Quran tilavəti ilə başlayıb. Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov qonaqları salamlayıb və təmsil etdiyi təşkilatın 1997-ci ildən başlayan çoxşaxəli fəaliyyəti barədə qısaca məlumat verib. Daha sonra isə islam.az portalının baş redaktoru Vüsal Əliyev təmsil etdiyi KİV barədə danışıb, fəaliyyətinin əsas istiqamətləri və prioritetlərinə toxunub. Ardından Natiq Rəhimov, “İrfan” jurnalının baş redaktoru Nurlan Məmmədov və “Məşədi Dadaş” məscidinin imam-cüməsi Hacı Şahin Həsənli müqəddəs 3 aylar barədə ətraflı danışaraq, bu aylarda olan əlamətdar hadisələr, onların əhəmiyyəti və bu ayların xüsusi ruhiyyəsi, Rəcəb, Şaban və Ramazanın fəzilətləri, əməlləri və özəllikləri, ümmətin müasir durumu barədə toplaşanları məlumatlandırıblar. Hər üç ilahiyyatçı hazırda ümmətin ən böyük ehtiyacının vəhdət olduğunu önə çəkərək, müsəlmanları ümumi dəyərlər ətrafında birləşməyə çağırıblar. GYF-nin vitse-prezidenti Salman Əliyev çıxış edərək belə mötəbər tədbirə ev sahibliyi etdiklərinə görə qürur duyduğunu söyləyib. Daha sonra ilahiyyatçılar qonaqların suallarını cavablandırıblar. Samir Salamın ifasında ilahi nəğmələri toplaşanlar alqışlarla qarşılayıblar. Müzakirələr və ünsiyyət çay süfrəsi ətrafında davam edib. Bununla da tədbir başa çatıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 May, 2015 12:32 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |