|
Hacı Şahin Həsənli - Malaziya müftisinin qadına qarşı zor tətbiq olunması fikirləri yolverilməzdirMalaziyanın müftisi Harussani Zakarianın “Ər, öz həyat yoldaşı onunla münasibət qurmasa zor və güc tətbiq edə bilər” fətvası geniş müzakirəyə səbəb olub. Belə ki, Malaziya müftisi ərin lazım gəldiyi vaxt həyat yoldaşına qarşı cinsi zor tədbiq etməsinin normal olduğunu dilə gətirib. Ahlibeyt.az-ın məlumatına görə,sözügedən fətva ilə bağlı Azxeber.com-a münasibət bildirən ilahiyyatçı alim Hacı Şahin Həsənli “Qurani-Kərim”də bu barədə ayələrin olduğunu, amma bu ayələrdə zorlama kəlməsinin işlədilmədiyini bildirib: “Qurani-kərimdə” bu barədə bəzi ayələr var. Ümumiyyətlə onu deyim ki, ərəb dili zəngin dil olduğu üçün bir çox din xadimləri bu ayələri öz dillərinə tərcümə edəndə oradan başqa mənalar çıxa bilir. Ayədə göstərilir ki, əgər evli cütlüyün arasında problem varsa və qadın öz əri ilə cinsi münasibətdən imtina edirsə, burada zor tədbiq etmək yox, tənbeh etmək məqbul sayılır. Əgər evli cütlüklər arasında hansısa anlaşma yoxdursa fərqli üsullardan istifadə etmək olar . Ancaq İslam dini zorakılığın əleyhinədir və bu məsələdə də kişinin öz həyat yoldaşına cinsi zor tətbiq etməsi yolverilməzdir” Hacı Şahin həmçinin türkiyəli yazıçı Nureddin Yıldızın din xadimlərinə müraciət edərək dar cins şalvar geyinən qadınların kafir adlandırılmasını tələb etməsi ilə bağlı bəyanatına da münasibət bildirib. O, İslam dinində qadınların geyim tərzi ilə bağlı qaydaların olduğunu söyləyib: “Din qadınlara örtünməni vacib buyurub. Burada konkret geyim forması nəzərdə tutulmur. Dinimiz həddindən artıq dar, qarşı cinsin marağını cəlb edəcək paltarların geyinilməsini məqbul saymır. Bu dinimzdə günah sayılır. İslam dinində qadınların özünəməxsus geyim tərzləri müəyyən edilib”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2015 19:31 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |