إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

QMİ-də Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri ilə görüş keçirilib-fotolent

“Azərbaycana səfər edən nüfuzlu din alimləri tanıyıram ki, yardımlar etməklə, mədrəsələr açmaqla, Azərbaycanda öz ölkələrinin təsirini yaymağa çalışırlar, buradakı siyasi proseslərə təsir etmək istəyirlər”.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. O bildirib ki, eyni zamanda başqa ölkələrdən gələn kifayət qədər din alimləri də var ki, onların niyyətləri safdır və əsl islami biliklərin yayılmasına xidmət edirlər. A. Paşazadə belə şəxslərdən biri kimi Osman Nuri Topbaşın adını çəkib.

Görüşdə Osman Nuri Topbaşın “Haqq din İslam” kitabının təqdimatı da keçirilib.

Akademik Vasim Məmmədəliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, keçmiş İstanbul müftisi Səlahaddin Kaya və başqaları çıxış edərək Osman Nuri Topbaşın yaradıcılığını yüksək qiymətləndirib, kitabın mahiyyətindən və əhəmiyyətindən söz açıblar.

Sonda Osman Nuri Topbaş çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, kitab haqqında məlumat verib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2015  18:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!