|
Bakıda "Ramazana doğru" adlı möhtəşəm tədbir keçiriləcəkHörmətli müsəlmanlar Müqəddəs üç aya (Rəcəb, Şaban və Ramazan) qədəm qoymağımız münasibətilə "islam.az" portalı Dini Araşdırmalar Mərkəzinin dəstəyi ilə mayın 2-də - həzrət Əlinin (ə) mövludu günündə iki hissədən ibarət “Ramazana doğru” adlı tədbir təşkil edəcək. Ahlibeyt.az-ın məlumatına görə, tədbirin birinci hissəsində Azərbaycanın tanınmış ilahiyyatçıları Hacı Şahin Həsənli, Natiq Rəhimov, Mirmehdi Darafərin, Nurlan Məmmədzadə və "islam.az" portalının redaksiya heyəti Rəcəb, Şaban və Ramazan aylarının fəzilətləri, əməlləri və xüsusiyyətləri, ümmətin müasir vəziyyəti barədə çıxış edəcəklər, qonaqların sualları cavablandırılacaq. Çay süfrəsi ətrafında kiçik fasilədən sonra canlı ifada ilahilər dinləniləcək. Tədbir may ayının 2-də saat 11:00-da Gəncliyə Yardım Fondunun akt zalında keçiriləcək. Giriş qeydiyyat və ya xüsusi dəvətnamələrlədir. Dəvətnamələri (055) 606 47 28 və (070) 686 01 33 nömrəli telefonlarla əlaqə saxlayaraq əldə edə bilərsiniz. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2015 13:16 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |