|
|
Zaqatalada dini tolerantlıq mövzusunda tədbir keçirilibAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Zaqatalada “Azərbaycanda dini tolerantlıq və multikulturalizm ənənələri” mövzusunda tədbir keçirilib. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, yerli ziyalıların, o cümlədən rayonun Muxax, Zəyəm və Yuxarı Çardaxlar kəndlərinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbiri giriş sözü ilə Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədova açıb. O, Prezident İlham Əliyevin “Azərbaycanda multikulturalizm həyat tərzidir” fikrini əsas götürərək xalqımızın çoxəsrlik multikultural dəyərlərindən, ölkəmizdə yaşayan bütün millətlərin və dinlərin təmsilçilərinə eyni münasibətin göstərilməsindən bəhs edib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal-qərb bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov, DİN Zaqata rayon Polis Şöbəsinin polis sahə rəisi Aqşin Gülməmmədov, Ağbirçəklər Şurasının sədri Sona Qazıyeva, Muxax kəndinin imamı Abdurahman Rəcəbov, RİH-nin əməkdaşı Rəfiqə Bağırova da çıxış edərək bildiriblər ki, dini dəyərlərimizi öyrənən zaman unutmamalıyıq ki, hər birimiz azərbaycanlıyıq, həm dinimizlə, həm biliyimizlə bu dövlətə xidmət etməli, onun adını ucaltmalıyıq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2015 15:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |