|
|
İslam Universitetində növbəti elmi seminar keçirilibİslam Universitetinin Dinşünaslıq fakültəsinin ictimai fənlər kafedrasında növbəti seminar-praktikum keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Universitetdən Salamnews-a verilən məlumatda bildirilir ki, seminarı aparan kafedra müdiri Elvin Talışınski bu ilin əvvəlindən rektorun qərarı ilə keçirilməsinə start verilən elmi seminarların artıq tələbələrin ixtiyarına verildiyini bildirib. İlk çıxış edən universitetin 3-cü kurs tələbəsi Aytəkin Eldarova “Müsəlman qəlbinin xüsusiyyətləri” mövzusunu araşdıraraq Qurani-Kərimdə və İslam müqəddəslərinin hədislərində möminlərin qəlbi haqqında qeyd olunan xüsusiyyətlər barədə seminar iştirakçılarına geniş məlumat verib. İkinci məruzəçi universitetin 1-ci kurs tələbəsi Elgün Bağdadov “İnsan sağlamlığının İslamda əhəmiyyəti” mövzusunda çıxış edib. Məruzəçi sağlamlığın insana Allah tərəfindən verilən ən üstün nemətlərdən biri olduğunu və ona zərər yetirə biləcək pis vərdişlərdən uzaq durmağın vacibliyi haqqında fikir bildirib. E.Talışınski bu tip tədbirlərin həyata keçirilməsinin məqsədinin gənclərin nitq qabiliyyətinin inkişaf etdirilməsi, onların ünsiyyət probleminin aradan qaldırılması və fikrlərini düzgün şəkildə ifadə etmələrinə köməklik göstərilməsi olduğunu bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2015 13:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |