إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Leylətul-Rəğaib - Arzular gecəsi,fəzilət və əməlləri

Həzrət Peyğəmbərdən (s) nəql olunur:"Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni "Leylətül-Rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır."

Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.

Hz.Peyğəmbər(s) buyurur: "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər"

Kim bu namazı qılsa Allah Təala o kimsənin qəbrinin ilk gecəsində bu namazı ən gözəl surətdə, açıq və parlaq üzlə onun yanına göndərər. O namaz aydın dillə ona deyər: “Ey mənim həbibim, sənə müjdə olsun ki, hər bir şiddət və çətinlikdən nicat tapdın”. Həmin kimsə deyər: “Sən kimsən? And olsun Allaha, mən sənin üzündən daha gözəl bir üz görməmişəm. Sənin kəlamından daha şirin bir danışıq eşitməmişəm. Sənin iyindən daha gözəl bir qoxu iyləməmişəm”. O isə belə deyər: “Mən sənin filan il, filan ay, filan gecədə qıldığın namazın savabıyam. Bu gecə sənin yanına gəlmişəm ki, sənin haqqını yerinə yetirim, tənha qaldığında sənə munis olam, qorxunu səndən götürüm. Qiyamət günü sur üfürüldükdə mən sənin başına kölgə salacam. Belə isə xoş hal ol ki, xeyir heç vaxt səndən uzaq olmayacaq”.

Bu namazın qılınma şərtlərindən biri orucdur. Belə ki, Rəcəb ayının ilk cümə axşamı günü (həftənin 4-cü günü) oruc tutulur.

Cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı  iki rükətli namaz) namaz qılınır.

Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Qədr" və 12 dəfə Ixlas ("Qul huvallahu əhəd")surələri oxunur

1. Namazdan sonra 70 dəfə:

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ

“Allahummə salli əla Mühəmmədinin nəbiyyil-ummiyyi və əla Alih”

Tərcümə: “İlahi, Həzrət Muhəmmədə (s) və onun nəslinə öz rəhmətini göndər”

2. Sonra səcdəyə gedib 70 dəfə:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh”

Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və Ruhun rəbbisən”

3. Sonra başını səcdədən qaldırıb 70 dəfə :

رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ

“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”.

Tərcümə: “Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əfv et. Həqiqətən Sən uca və əzəmətlisən”.

4. Sonra yenidən səcdəyə gedib 70 dəfə:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh”

Tərcüməsi:İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”.

Sonra hacət və istəyinizi Allahdan diləyirsiz

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2015  15:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!