|
M.Qurbanlı – Vəhhabilər, sələfilər, xəvaricilər, dəvətçilər Qərb dairələrinin təsiri altında qırğınlar törədirlər“On səkkizinci əsrdə xarici qüvvələrin təsiri ilə vəhhabi radikal dini cərəyanının yaradılması və müsəlmanların yaşadığı ölkələrə hücumların təşkil olunması prosesi bu gün də başqa adla eyni formada davam etdirilir”. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Müəllimlər İnstitutunda “Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları və onların qarşısının alınması yolları” adlı tədbirdə deyib.
M.Qurbanlı bildirib ki, həmin qruplar – vəhhabilər, sələfilər, xəvaricilər, dəvətçilər yenə də Qərb dairələrinin təsiri altında qırğınlar törədərək İslamı gözdən salmağa cəhd edirlər: “Azərbaycanda isə Sovet İttifaqı dağılandan sonra gördük ki, çox az din xadimlərimiz qalıb. Onları barmaqla saymaq olardı. Bir dini mədrəsə belə yox idi. Həmin dövrdə bəzi ərəb ölkələrində maliyyə imkanları əldə edən yuxarıda sadaladığım radikal qruplar Ermənistanın işğalı nəticəsində yaranmış stiuasiyadan istifadə edərək məcburi köçkünlərin yaşadığı ərazilərə, digər bu kimi məkanlara guya dini, humanitar yardım altında məscidlər tikmək, ayrı-ayrı köməkliklər göstərməyi təklif edirdilər. Əlbəttə, o dövrdə Azərbaycan çətin vəziyyətdə idi, yardıma ehtiyacı vardı və onlar da bundan istifadə edərək Azərbaycanda öz cərəyanlarını yaymağa nail oldular. Bunun nəticəsində indi həmin qrupların Azərbaycanda nümayəndələri meydana çıxıb, bu gün də öz ideyalarını yaymaqda davam edirlər. İndi bunlara qarşı mübarizə tək Azərbaycanda yox, bütün İslam ölkələrində gedir. Bunların fəaliyyəti bütün İslam elmi mərkəzləri, ən ali mənsəbləri tərəfindən pislənilir”.
Komitə sədri bəyan edib ki, Azərbaycanda radikal qruplara qarşı mübarizə dedikdə tək İslamdakı radikallar yox, xristianlıqda da baş qaldıran radikal cərəyanlar nəzərdə tutulur: “Orada da baş qaldıran dini cərəyanlar var və onlar da İslamda olan radikal qruplara bənzəyir. Biz istənilən radikal qruplara qarşı mübarizə aparırıq. Burada ən yaxşı yol kimi dini, siyasi maarifçiliyə üstünlük verilir. Bu maarifçilik bizə həm dini, həm də siyasi ekstremizmə qarşı mübarizə aparmaq imkanı yaradır”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2015 14:56 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |