|
Azərbaycanda“İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans işə başlayıbAprelin 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Ahlibeyt.az-ın Azərtac-a istimnadən verdiyi məlumata görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, alimlər, KİV təmsilçiləri iştirak edirlər. Konfransı giriş nitqi ilə açıq elan edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, İslam dini ilə bağlı dəyərlər Azərbaycan xalqının da milli mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil edir. Mədəniyyətimizin tarixi keçmişi və bu günü həmin dəyərlərlə bilavasitə bağlıdır. Bu dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. İslam dininin tolerant yanaşmalarının nəticəsidir ki, Azərbaycan Respublikası müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunədir. Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına məktubunu oxuyub. Plenar iclasdan sonra konfrans işini üç bölmədə iclaslarla davam etdirəcək. “Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti”, “Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu”, “Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı” bölmələri üzrə Azərbaycan, rus, ingilis və ərəb dillərində məruzələr dinləniləcək. Konfrans aprelin 17-də başa çatacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2015 12:50 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |