|
Bakıda İslam dünyası klassik musiqi ifaçılarının Vl Beynəlxalq festivalı başa çatıbAzərbaycan Milli İncəsənət Muzeyində İslam dünyası ölkələrinin gənc klassik musiqi ifaçılarının 4-cü Beynəlxalq festival-müsabiqəsi qaliblərinin böyük konserti ilə başa çatıb. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,Aprel 12-dən başlayaraq Bakı şəhərində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin və ISESCO-nun iştirakı, Bakı Musiqi Akademiyası və “Kainat” Gənclik Mərkəzinin birgə təşkilatçılğı ilə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının IV Beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, səfirlik nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Müsabiqədə Turkiyə, Misir, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan və Azərbaycandan olan istedadlı gənclər iştirak ediblər. Bu il İslam dünyasının ən böyük ölkələrindən biri – İndoneziya Respublikasının nümayəndə heyəti də iştirak edib. . Beynəlxalq münsiflər heyətinin Qran-Pri mükafatı Ankara Konservatoriyasının tələbəsi Melisa Buyukörüyə təqdim olunub. İlk üç yeri tutan müsabiqə iştirakçılarına diplomlar və xatirə hədiyyələri təqdim edilib. Müsabiqənin iştirakçıları həmçinin Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Musiqi Akademiyasının xüsusi mükafatlarını alıblar. Qeyd olunur ki,müsabiqənin mədəni proqramı çərçivəsində qonaqlar üçün yeni inşa olunmuş "Heydər" məscidinə, Bayraq meydanına və Bakı-Oksford məktəbinə ekskursiyalar təşkil olunacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2015 11:52 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |