إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Sevinc Əzimbəyli - Milli adət-ənənələr hər bir xalqın irsindən,milli mənəviyyatının nə qədər zəngin olmasından xəbər verir

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik” adlı növbəti tədbirini Qubada keçirib

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Birlikdən verilən məlumatda bildirilir ki, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın qədim tarixi kökə malik olmasından xəbər verir: “İnsanların mənəviyyatı, əxlaqı normaları və baxışları ilə bağlı olan mütərəqqi adət və ənənələrin yaradıcısı xalqdır. Bu irsi gələcəyə çatdıran isə gənc nəsildir və biz onların tərbiyəsinə xüsusi diqqət yetirməliyik”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək ölkədə milli və mənəvi dəyərlərin yaşadılmasından və mühafizə olunaraq gələcək nəslə çatdırmasının əhəmiyyətindən danışıb. O, ölkədə məzhəblərarası münasibətlərinin qorunmasında Azərbaycan dövlətinin misilsiz xidmətlərinin olduğunu vurğulayıb: “Ancaq bu gün bəzi radikal qruplaşmalar din pərdəsi altında ölkədəki sabitliyi, tolerantlığı pozmağa cəhd etməyə çalışırlar. Hesab edirəm ki, bu dini radikal qruplaşmaların ifşa olunması üçün Azərbaycanın milli mənafeyini düşünən hər kəs dövlətinin yanında olmalıdır”.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Seyid Cabbarov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal bölgə təmsilçisi Ramin Xudayev mövzu ətrafında çıxış ediblər.Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və çoxlu sayda fəal gənclər iştirak edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2015  15:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!