إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Dini radikalizmə qarşı mübarizədə qadınların rolu" mövzusunda tədbir keçirilib

Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Dini radikalizmə qarşı mübarizədə qadınların rolu" mövzusunda tədbir keçirilib.

Ahlibeyt.az-ın Dini Komitənin mətbu orqanına istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən  DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Mübariz Qurbanlı vurğulayıb ki, İslam dini dünyada öz mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlamaqdadır. 
Ölkəmizdə dövlət-din münasibətlərindən danışan Komitə sədri qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.

M.Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir. 
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov isə diqqətə çatdırıb ki, mövzu öz aktuallığı ilə seçilir. O qeyd edib ki, dünyada elə bir sərvət yoxdur ki, mənəviyyatdan uzaq olsun. Təəssüflər olsun ki, bəzən gənclərimiz bilməyərəkdən radikal dini təriqətlərə qoşulurlar. Bu gün Azərbaycanda sabitlik mövcuddur və onu qorumaq hər birimizin işidir. O yerdə ki, obyektivlik yoxdur, orada yalan, ikili standartlar olur. Heç şübhəsiz ki, bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr də var. İnsan mənəviyyatlı olmalı və bir-birinə dəyər verməlidir. 

Tədbirdə, həmçinin, BDU-nun İlahiyyat fakültəsinin müəllimi Səbinə Mirzəyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər

Tədbirin sonunda iştirakşıları maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2015  10:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!