إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübariz Qurbanlı Azərbaycanda aktivləşmək istəyən radikal dini cərəyanların bəzilərinin adını açıqladı

Bu gün Bakı Ali Neft Məktəbində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.

 

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə,tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam adı altında Azərbaycanda aktivləşmək istəyən radikal dini cərəyanların olduğunu deyib.

 

Komitə sədri həmin cərəyanlardan bəzilərinin adlarını açıqlayıb. Onun sözlərinə görə, bunlar nurçuluq, sələfilik, vəhhabilik, xəvaricilik və digər cərəyanlardır.

 

Komitə sədri qeyd edib ki, ölkədə azərbaycanlılar üçün ən müqəddəs Vətən və onun bütövlüyüdür: “Bizim üçün müstəqilliyimiz, bütövlüyümüz ən böyük nemətdir. Ona görə də müstəqilliyimizi nə təhdid edirsə, biz onun qabağında dayanmalıyıq. Təsəvvür edin ki, biz ayrı-ayrı İslam adı altında İslama zidd olan bu radikal cərəyanlara rəvac verək, məktəblər açaq, məscidlərdə onlara imkan yaradaq. Onu da nəzərə alın ki, zərərli viruslar xeyirli əlamətlərdən daha çox yayılır. İndi bütün bunlara əsasən, biz bu cərəyanlara göz yumsaq onlar tez bir zamanda ölkədə siyasi hakimiyyətə, dövlətə ciddi təhdidə çevriləcək. Siyasi hakimiyyət demokratik yolla formalaşır. Siyasi müxalifət də olmalıdır. Amma siyasi müxalifət adı altında din pərdəsi varsa və bu zərərli vərdiş kimi yayılırsa, buna qarşı durmaq lazımdır. Ona görə də başqa ölkələrdə baş verənləri göz önünə gətirərək vaxtında addım atırıq. Yəni o ölkələrdəki paralel yapı, yaxud əvvəl məscidlərdə, sonra siyasi səhnədə üstünlüyü ələ alan, yaxud silahlı birləşməyə çevrilən dini cərəyanları görərək özümüz də bunun qarşısını vaxtında almalıyıq”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Aprel, 2015  20:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!