إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qobustandakı “Diri baba” türbəsini ziyarət edənlərin sayı ilbəil artır(foto)

“Diri baba” türbəsinin məhz belə bir orijinal memarlıq forması, əzəməti və möhtəşəmliyi onu görənlərdə, istər yerli, istərsə də xarici turistlərdə böyük təəssürat, sonsuz maraq yaradır.

Ahlibeyt.az-ın Azertac-a istinadən verdiyi xəbərə görə,Qobustan Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumatda bildirilir ki,təkcə 2014-cü ildə buraya 8000 turist gəlib. Onlardan 3000 nəfəri xarici turistlərdir. Ötən il gələn turistlərin sayı isə 2013-cü illə müqayisədə 1000 nəfərdən çox olub.

Orta əsr Şirvan-Abşeron memarlığına aid olan, tarixçilərin, arxeoloqların, habelə turistlərin də böyük maraq göstərdikləri bu abidə Qobustan rayonunun inzibati mərkəzi - Mərəzə qəsəbəsinin yaxınlığında yerləşir. Sufiliyin Xəlvətiyyə təriqətinin tanınan nümayəndələrindən birinə məxsus olduğu güman edilən bu əzəmətli abidə tarixin sınaqlarından çıxaraq bu günədək gəlib çatıb. Türbə 1402-ci ildə qayada oyulmuş mağarada əhəng daşından tikilib. Abidənin cənuba baxan bir fasadı var. O biri tərəfləri isə qayanın içindədir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Qayanın daxilindəki balaca bir mağara ilə birləşən salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Aprel, 2015  13:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!