إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Görkəmli din alimləri” kitabı çapa verilib

Azərbaycan dindarları yaxın günlərdə maraqlı bir araşdırma ilə tanış olmaq imkanı əldə edəcəklər.

Ahlibeyt.az-ın islam.az-a istinadən verdiyi məlumata görə, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun qələmə aldığı “Azərbaycanın görkəmli din alimləri” kitabı çapa verilmişdir.

Kitab ilahiyyat sahəsində və bununla bağlı elmlərdə müstəsna xidmətləri olmuş azərbaycanlı alimlərin həyat və yaradıcılığı haqqında məlumatları əhatə edir. Oxucular burada Seyid Yəhya Bakuvi, Fazil Dərbəndi, Fazil İrəvani, Əbülqasim Ordubadi, Mirhəmzə Nigari, Ayətullah Salyani, Seyid İsmayıl Şirvani, Seyid Hüseyn Badkubeyi, Müctəba Lənkərani və s. alimlərin (təqribən 25 nəfər) həyatı haqqında dolğun informasiya əldə edəcəklər.

Kitabda yalnız Şimali Azərbaycan torpaqlarından və tarixən azərbaycanlılar yaşamış İrəvan, Dərbənd kimi şəhərlərdən çıxmış din alimlərindən söhbət açılır. Həmçinin, kitaba daxil edilmiş alimlərdən hər biri ya öz dövründə mərceyi-təqlid kimi tanınmış, ya da dünya şöhrətli mərceyi-təqlidlərin yetişməsində mühüm rol oynamışdır. Bu tələblər baxımından, kitabın öz mövzusunda yeni və təkrarsız bir əsər olması qənaəti yaranır.

“Azərbaycanın görkəmli din alimləri” kitabı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2015  10:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!