|
|
YUNESKO QMİ sədri Allahşükür Paşazadəni mükafatlandırıbRusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində “Dərbənd – üç dinin şəhəri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki,Konfransda Qafqaz Müsəlmanları İdarəsini sədrin birinci müavini Müfti Salman Musayev və İdarənin səlahiyyətli nümayəndəsi Surxay Məmmədli təmsil ediblər. Konfransda çıxış edən Müfti S.Musayev Şeyxülislam Allahşükür Paşazadənin Konfrans iştirakçılarına müraciət məktubunu oxudu və Qafqazın dini liderinin xeyir-dualarını Dərbənd əhalisinə yetirib. Beynəlxalq Konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşukur Paşazadə YUNESKO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri Fərmanına layiq görülüb. Qafqaz müsəlmanlarının dini lideri Fəxri Fərmanla«mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə YUNESKO kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə»təltif olunmuşdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Aprel, 2015 13:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |