|
|
Azərbaycanda Həcc ziyarəti üçün ödənişlər dolların məzənnəsinə uyğun aparılacaqQafqaz Müsəlmanları İdarəsindən APA- ya verilən məlumata görə, bu il zəvvarlardan ödənişlər dolların kursuna uyğun qəbul olunacaq. Buna səbəb son vaxtlar manatın məzənnəsində baş verən dəyişiklikdir. Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi xəbərə görə,İdarədən bildirilib ki, manatla ödənişlər həmin günün kursuna uyğun olaraq dollar hesabı ilə götürüləcək. Qeyd edək ki, bu il də zəvvarlara ziyarət iki formada təklif olunacaq. Daha yaxşı şəraitli hotellərdə qalmağı, daha çeşidli yeməklərin verilməsini, o cümlədən 4 nəfərlik otaqlarda yerləşdirməni nəzərdə tutan variantın qiyməti 5750 dollar, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlarda qalmağı nəzərdə tutan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla ziyarət təşkil edilməyəcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Mart, 2015 10:25 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |