|
• Mənəviyyat • FatimiyyəXanım Fatimənin (s.ə) "Mushəf"-i nədir?!Fatimənin (s.ə) Mushəfi, məsumların baxışında Fatimə (s.ə) ilahi sirlərdən biridir. Onun yüksək məqamını tanımaq biz yer-əhli təbəqəsi üçün sadə iş deyil. Daha doğrusu onun həyatının bir çox məqamları biz insanlar üçün sədəf kimi açılmayıb və bizə gizlidir. Fatimənin müshəfi, aşıb-daşan mənəviyyatı və elmi, vəhy vasitəsi ilə ona nazil olub ki pak məzarı pərdə arxasında qalan bir sir kimidir. Fatimənin (ə.s) müshəfi nədir?! Nə zaman meydana çıxıb?! Orada nə barədə yazılıb?! Indi harda və kimin əlindədir?! Müəyyən qədər bu və ya bu qəbil sualların cavabını araşdırırıq: Fatimənin məşhur adlarından biri də Mühəddisədir. Fatimeyi-Zəhranın (ə.s) anası tərəfindən o adla adlandırmasının səbəbi haqqında imam Baqir (ə) buyurub: “ Fatimə ona görə Mühəddisə adlandı ki, mələklər həmişə səmadan yerə enib İmranın qızı Məryəm kimi ona xəbər gətirirdi. Ona xitab edərək bu ayəni oxuyurdular: ... Rüku və səcdə edənlərlə birikdə səcdə et! Fatimə (ə.s) mələklərlə, onlar da Fatiməyə (ə.s) xəbər danışardı. Bir gecə Fatimə (ə.s) onlara buyurdu: “İmranın qızı Məryəm dünya qadınlarından üstündürmü ?!” Dedilər: “Məryəm, öz zamanında qadınları böyüyü idi. Allah səni həm öz zamanında həm də onun zamanında qadınarın böyüyü qərar verib. Sən əvvəldən sonadək qadınlar aləminin Seyidəsisən.” Mələklər peyğəmbərlrədən başqası ilə danışmasalar da peyğəmbərlərin dövrünə təsadüf edən dörd qadın peyğəmbər olmasala da mələklər onlarla danışıb: 1) Həzrət İsanın (ə) anası Məryəm (ə.s). 2) İmranın həyat yoldaşı, həzrət Musa (ə) və Məryəmin (ə.s) anası. 3) Həzrət İshaqın və Yəqubun anası Sara. 4) Fatimeyi-Zəhra (ə.s) İslam peyğəmbəri (s), xəstə olarkən yataqda huşunu itirmişdi. Evin qapısı döyüldü. Fatimə (ə.s) buyurdu: “Qərib bir kişiyəm və Allahın Rəsuluna sualım var. İçəri daxil olmağa icazə istəyirəm.” Fatimə (ə.s) buyurdu: Qayıt Allah sənə rəhm etsin, Allah Rəsulunun (s) halı münasib deyil. O, getdi. Sonra yenə qayıdıb qapını döyüb dedi: İçəri daxil olmağa Allahın Rəsulundan icazə istiyən bir qəribdir. Qəriblərə icazə verirlər? Birdən Rəsulullah (s) oyanıb buyurdu: “ Ey Fatimə, onun kim olduğunu bilirsənmi?! Ərz etdi: “Xeyir, ya Rəsulullah! Buyurdu: “ Bu, o şəxsdir ki, camaatı bir-birnə vurur, dünya ləzzətlərini aradan qaldırır. O, ölüm mələyidir. And olsun Allaha, məndən öncə heç kəsdən daxil olmaq üçün icazə almayıb və məndən sonra da almayacaq. Ona icazə ver!” Fatimə (ə.s) buyurdu: “İçəri keç, Allah sənə rəhmət etsin!” Ölüm mələyi bir mülayim nəsim kimi varid olub dedi: “ Rəsullulahın Əhli-beytinə (ə) salam olsun!” Bu acı hekayədə həzrət Fatimənin (ə.s) mələklərlə danışmasından onun “Mühəddisə” olduğunun şahidi oluruq.” Həzrət Fatiməyə (ə.s) məxsus “Müshəf” kitabı necə meydana gəlib?! Fatimə (s.ə) peyğəmbərin (s) vəfatından sonra 75 və ya 95 gün yaşadı. Bu çox qısa müddət, Zəhrayi-Məziyənin (ə.s) səbr, dözüm, vilayət məqamını müdafiə etdiyi, eyni zamanda qəm-qüssəli dörvrünü əhatə edir. Vəhy mələyi- Cəbraili-Əmin ona nazil olur, uca atasının Allah dərgahında olan məqamı, islam və şiənin gələcək tarixi haqqında məlumatları ona ilham edirdi. Beləliklə Fatimənin (ə.s) “Müshəf”-i toplandı və məsum imamlar üçün yadigar qaldı. İmam Sadiqdən (ə) “Fatimənin (ə.s) Müshəfi” barədə soruşdular. Cavabında uzun müddət sükut etdi ... Sonra buyurdu: “ Siz, lazımlı və lazımsız mətləblər haqqında soruşursub araşdırırsız. Faitmə (ə.s) Rəsulullahdan (s) sonra yetmiş beş gün yaşadı. Atasının rehləti ilə ona böyük qəm üz vermişdi. Vəhy mələyi Cəbrail, həmişə onun üçün nazil olur, atasınını ayrılıq acısını yaşxılıqla (kədərdən uzaq, müsbət təsirlə) ona təqdim edir, onun ruhuna sakitlik bəxş edirdi. Atasının Allah dərgahındakı yüksək məqamından, də onun övladlarının üzləşdiyi gələcək hadislər haqqında məlumatı ona çatdırırdı. Əli (ə), bütün o xəbər və məlumatları yazıb, Fatimənin (ə.s) “Müshəf”-ini tərtib etdi.” İmam Sadiq (ə), başqa bir hədisdə “Fatimənin Müshəfi nədir” sualın cavabında, buyurub: Allah taala peyğəmbəri qəbzi-ruh edərkən Fatimə (ə), ondan elə bir şəkildə kədərləndi ki, o kədərin nə oldğunu Alahdan başqa heç kəs bilmirdi. Ona görə də Allah-taala onun hüzünü aradan qaldırıb onunla danışsın deyə mələk nazil etdi. Fatimə (ə) o xəbəri, Əliyə (ə) çatdırdı. Əli (ə) buyurdu: “Hər vaxt mələyi hiss edib səsini eşitsən, mənə de və məni onun sözlərindən məlumatlandır. Əmirəlmöminin (ə) onun hər eşitdiyi (sözü) yazırdı. Nəhayət yazılan söz və məlumatlardan bir “Müsfəh” ərsəyə gəldi.” Hədisə əsasən bu qənaətə gəlmək olar: 1. Fatimənin (ə.s) Müshəfi, peyğəmbərin (s) rehlətindən Siddiqeyi-Kübranın (ə.s) şəhadəti arasında olan zaman fasiləsində ərsəyə gəlib. 2. Fatimənin (ə.s) Müshəfi, Cibril Əmin (ə) vasitəsi ilə Fatiməyə (ə.s) ilham olan vəhydir. 3. Fatimənin (ə.s) Müshəfi, həzrət Əlinin (ə) mübarək əli ilə yazılıb. Əbu Bəsir deyir: İmam Baqirdən (ə) Fatimənin (ə.s) Müshəfi barədə soruşdum. Buyurdu: “Peyğəmbərin (s) rehlətindən sonra Fatiməyə (ə.s) nazil olub. İmamlıq nişanəsi Müshəf, peyğəmbərlik və imamət sirri kimi təkcə məsum imamlara yadıgar qalıb. O, Allahın yer üzündəki höccətləri arasında birindən digərinə ötürülüb və imamlıq nişanəsi sayılır. İmam Rza (ə), məsum imamın əlamətlərini sayaraq buyurub: “Fatimənin (ə.s) Müshəfi onda olacaq”. Rəvayətərdən məlum olur ki, “Came`”, “Cəfr” və “Fatimənin (s.ə) Müshəfi”, İmamların əlində olub. (Mövzudan xaric olamamaq üçün “Came” və “Cefr” haqqında məlumatı ixtisar etdik). Münasib fürsətdə ona müraciət edir, onunla insanların elmi və fikri problemlərini həll edirdilər. Orada yazılanlar elm və biliyin dəyərli gövhərləridir. Onların təsəvvürü belə yer əhlinin zehninə sığmaz. Mənbə Sibtayn.com Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Mart, 2015 16:06 ⁄ Çap
Bu bölmədə15 Noyabr, 2024 Bu gün Xanım Fatimeyi-Zəhranın şəhadət günüdür17 Dekabr, 2023 Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür12 Dekabr, 2022 Xanım Fatimeyi-Zəhranın(s.ə) şəfaəti |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |