إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Novruz Bayramınız Mübarək

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir.

Novruz bahar gecə-gündüz bərabərliyidir.Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

"Novruz" sözü fars dilindən tərcümədə “yeni gün” deməkdir. Onun yazılışı və ifadəsi müxtəlif ölkələrdə fərqlidir-Novruz, Navruz, Nuruz, Nevruz, Naurız, Nooruz və s.

Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib.

Qeyd edək ki, bahar fəsli Azərbaycana bu il martın 20-dən 21-nə keçən gecə, Bakı vaxtı ilə saat 02:45:11-də daxil olur, martın 20-si Azərbaycanda bayram axşamı, martın 21-i isə bayram günü hesab olunur.

Ahlibeyt.az redaksiyası bütün oxucularını və həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edir.Sizlərə və yaxınlarınıza bayram əhval-ruhiyyəsi, cansağlığı, xoşbəxtlik, müvəffəqiyyət,Allah məhəbbəti və bu yolda sabit qədəmlər diləyirik!

Allahdan diləyirik ki,tezliklə işğal olunmuş ərazilərimiz azad edilsin.Bayramınız Mübarək!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Mart, 2015  11:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!