إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: “Günəş tutulması müşahidə olunan zaman ərzində "Ayət namazı"nın qılınması hər bir müsəlmana vacibdir”

2015-ci ilin ilk tam Günəş tutulması  martın 20-si-Novruz bayramında baş verəcək. 4 saat 8 dəqiqə davam edəcək təbiət hadisəsi Azərbaycandan 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Belə ki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq və saat 15:18-də isə başa çatacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlama verib. Novruz bayramına təsadüf edəcək tam Günəş tutulması hadisəsini Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq.Ölkəmizdən Günəş tutulmasının müşahidə olunması yerli vaxtla saat 13:46-da başlayacaq və saat 15:18-də isə başa çatacaq.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,mövzu ilə bağlı İnterAz-a açıqlama verən ilahiyyatçı alim Hacı Şahin Həsənli bildirdi ki, günəş tutulması müşahidə olunan zaman ərzində "Ayət namazı"nın qılınması hər bir müsəlmana vacibdir.

Tutulma müşahidə olunan zaman ərzində namaz qılınmazsa ayət namazının qəza niyyəti ilə qılınmalı olduğunu söyləyən ilahiyyatçı bildirdi ki, bu ölkə ərazisində yaşayan bütün müsəlmanlara aiddir. Ayət namazı fərdi və cəmaat namazı şəklində qılına bilər:

“Ayət namazı zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. Ayət namazı iki rəkətdir və hər rəkətdə həmd surəsini oxuduqdan sonra oxunacaq surə 5 yerə bölünür və hər hissəni (ayəni) qurtardıqdan sonra rukuya gedilir. Bu minvalla 5 ruku edilir. İkinci rükətdə isə yenə də Fatihə surəsindən sonra istənilən bir surə 5 hissəyə bölünür və rukular yerinə yetirilir.“

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2015  13:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!