|
|
Bakıda növbəti "Quran Gecəsi" keçirilibBakıda Hacı Cavad məscidində növbəti Quran Gecəsi keçirilib. Mərasimdə tanınmış Quran qariləri, o cümlədən ziyalılar, ilahiyyatçı alimlər və digər mömin şəxslər iştirak ediblər İslam.az xəbər verir ki, mərasimdən əvvəl məscidin axundu, ilahiyyatçı alim hacı Əhliman Rüstəmov çıxış edib və bildirib ki, artıq Hacı Cavad məscidində bu tədbirin keçirilməyi ənənə halını alıb. Mərasimdə həmçinin qeyd olunub ki, İslam dünyası Həzrət Muhəmmədin (s) əziz qızı, "Analar anası", "Dünya və axirət xanımlarının xanımı" Həzrət Zəhranın (s.ə) şəhadət gününün yaxınlaşmasını qeyd edir. Bir rəvayətə görə, Peyğəmbərimizin (s) vəfatından 75 gün sonra, digər rəvayətə görə isə 95 gün sonra şəhid olub. Bu iki şahədət günləri arasında müəyyən matəm mərasimləri və Xanım Fatiməni (s.ə) yad etmək üçün tədbirlər keçirilir. Daha sonra Quran qarilar müxtəlif sürələrdən Quran oxuyublar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2015 11:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |