|
Novruz bayramında bu ilin ilk tam Günəş tutulması baş verəcək 2015-ci ilin ilk tam Günəş tutulması martın 20-si-Novruz bayramında baş verəcək.4 saat 8 dəqiqə davam edəcək təbiət hadisəsi Azərbaycandan 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, Novruz bayramına təsadüf edəcək tam Günəş tutulması hadisəsini Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq.
X.Mikayılov qeyd edib ki, Günəş tutulması martın 20-si baş verəcək. Azərbaycandan Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Belə ki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də isə başa çatacaq.Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş eynəklərindən istifadə etməsi məsləhətdir".
X.Mikayılov deyib ki, Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olacaq. Tam tutulma isə İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən müşahidə ediləcək.
Qeyd edək ki,Günəş tutulması müşahidə olunan zaman ərzində "Ayət namazı"nın qılınması vacibdir.Tutulma müşahidə olunan zaman ərzində namaz qılınmazsa ayət namazı namazı qəza niyyəti ilə qılınmalıdır.Ayət namazı fərdi və cəmaat namazı şəklində qılına bilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2015 14:13 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |