إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Pakistan Prezidenti yeni tikilən "Heydər" məscidini ziyarət edib, "Əjdərbəy" məscidində cümə namazında iştirak edib(VİDEO)

Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 13-də Bakıdakı “Əjdərbəy” məscidini ziyarət edib.

Ahlibeyt.az-ın Qafqazislam-a istinadən verdiyi xəbərə görə, Ali qonağı səmimi salamlayan Qafqaz Müsəlmanları İdarəsinin sədri,  Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Pakistanın dövlət başçısının ölkəmizə səfərini mühüm hadisə adlandırdı: “Azərbaycanda olduğunuz müddət ərzində keçirdiyiniz görüşləri yaxından izləmişəm və deyə bilərəm ki, iki qardaş və dost ölkə arasında yüksək səviyyəli münasibətlərin tarixində yeni bir mərhələ başlayır. Azərbaycan və Pakistan Prezidentlərinin gördüyü işlər, imzaladığı sənədlər bunu bir daha sübut edir. İlham Əliyevlə aranızda olan dostluq və qardaşlıq münasibətləri xalqlarımız arasında əlaqələrin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Bütün sahələrdə, o cümlədən mənəvi sahədə də əlaqələrimiz bundan sonra da yüksək səviyyədə inkişaf edəcək, inşAllah.

QMİ sədri  bildirib ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü ilk dəstəkləyən və bu gün də həmin mövqeyini davam etdirən ölkələrdən biridir: “Ölkəmiz İslam Konfransı Təşkilatına üzv olarkən səsimizə səs verən dövlətlərdən biri də Pakistan idi. Müstəqilliyimizi bərpa edəndə də Azərbaycanı ilk tanıyan ölkələrdən biri məhz Pakistan oldu. Pakistan ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləyir, torpaqlarımızın işğaldan azad olunması, Qarabağ probleminin ədalətli həlli üçün beynəlxalq aləmdə çağırışlar edir. Bu günlərdə Xocalı soyqırımının 23-cü ildönümünü qeyd etdi. Erməni işğalçılarının azərbaycanlılara və bütün insanlığa qarşı törətdiyi bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılmasında da Pakistan həmişə Azərbaycana dəstək verir. Qardaş Pakistan xalqının bu prinsipial mövqeyini yüksək dəyərləndiririk”.

Pakistan Respublikasının Prezident Məmnun Hüseyn Azərbaycana səfərindən, keçirdiyi çoxsaylı görüşlərdən, ölkəmizdə müşahidə etdiyi inkişaf prosesindən məmnunluğunu bildirdi. Məmnun Hüseyn Şeyxülislam Allahşükür Paşazadə həzrətləri kimi nüfuzlu din xadimi ilə görüşünü heç zaman unutmayacağını qeyd etdi.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli iştirak edidlər.

Sonra Pakistan Prezidenti Məmnun Hüseyn “Əjdərbəy” məscidində dindarlarla birgə cümə namazında iştirak edib qıldı. Daha sonra ali qonaq Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin müşayiətilə yeni tikilən Heydər məscidi ilə tanış olub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Mart, 2015  15:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!