|
|
ABŞ səfirliyində Corctaun Universitetinin imamı Yәhya Hendinin şərəfinə qәbul keçirilibABŞ-ın Bakıdakı sәfirliyi Azәrbaycanda tәşkil edilən Amerika günlәri çәrçivәsindә ölkədə səfərdə olan Corctaun Universitetinin imamı Yәhya Hendinin şərəfinə qәbul keçirib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, sәfir Robert Sekuta tədbirdə çıxış edərək Yәhya Hendinin Azərbaycana səfərinin mәqsәdinin Amerika günlәri çәrçivәsindә sosial, dini mövzularda söhbәtlәr vә müzakirәlәr aparmaq olduğunu söyləyib. Diplomat Amerika günləri çərçivəsində keçirilən tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsinə, azərbaycanlıların Amerikanı daha yaxından tanımasına imkan verəcəyinə ümidvar olduğunu bildirib. Məlumat verilib ki, imam Y.Hendinin Corctaun Universitetində apardığı “Dinlərarası görüş” mövzusunda mühazirələri konfliktoloqlar arasında çox məşhurdur. ABŞ, Asiya, Afrika və Avropanın müxtəlif ölkələrində dinlərarası dialoq mövzusunda mühazirələr oxuyan görkəmli din xadiminin gender məsələləri, ABŞ-da din, İslam və s. mövzularda xeyli sayda tədqiqat işləri var. Sonra çıxış edәn İmam Yәhya Hendi qadınların hüquqları mәsәlәsindən danışıb vә dünyadakı bütün münaqişәlәrdә әsas zәrәrçәkәnlәrin qadınlar vә uşaqlar olduğunu deyib. O, ailə zorakılığının, günahsız insanların qətlə yetirilməsinin yolverilməz olduğunu söyləyib. Yәhya Hendi dünyada sülhün, ədalətin bərqərar edilməsinin önəmini vurğulayıb. Corctaun Universitetinin imamı Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını arzuladığını bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Mart, 2015 11:58 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |