|
|
Prezident İlham Əliyev Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış oldu (FOTO)Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub. Ahlibeyt.az-ın verdiyi məlumata görə, Prezident İlham Əliyevin göstərişi ilə 2011-ci ildə Bərdə rayonunda başlanan genişmiqyaslı abadlıq və bərpa işləri türbənin təmirini gündəmə gətirmişdir. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən Bərdə türbəsində bərpa işlərinə başlanıb və bu proses davam etdirilir. Bərpaçılar tarixi abidəni əzəli görkəminə qaytarmaq üçün qiymətli tikinti materiallarından istifadə edirlər. Həyətyanı sahədə abadlıq-tikinti işləri aparılır. Qeyd edək ki, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa olunmuş və hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi üç əsas memarlıq quruluşundan ibarətdir: daşdan hörülmüş kürsülük,dairəvi gövdə və çadırvari günbəz. Sahəsi etibarilə ən çox yer tutan bəzək ünsürü silindrik gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış kitabədir. Kürsülükdən başlayaraq yuxarıdakı haşiyəyə qədər səkkiz metr yarımlıq bir hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn bu kitabə 200 dəfədən artıq Allah sözünü naxış şəklində təkrarlayır. Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir. Sərdabəyə Şimal tərəfdən dromos quruluşlu yol vasitəsi ilə daxil olurmuşlar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Mart, 2015 11:11 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |