|
QMİ-dən 2015-ci il Həcc ziyarəti ilə bağlı açıqlama Müqəddəs ziyarətə getmək istəyənlərin sənədlərinin Azərbaycandan Həcc Missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsində qəbul olunmasına başlanılır. Ahlibeyt.az-ın Qafqazislam.com-a istinadən verdiyi məlumata görə, QMİ-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycandan müqəddəs Həcc ziyarətini təşkil etmək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə aiddir. Məlumatda qeyd olunur ki, sənədlər zəvvarlar tərəfindən şəxsən təqdim edilərək təşkilatçı tərəflə (QMİ) zəvvar arasında müəyyən edilmiş formada müqavilə bağlanır. Xidmət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən, QMİ-nin “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Mərkəz" filialındakı (Ünvan: AZ1005, Bakı, Səbail, Hacı Zeynalabdin Tağıyev, 3) manat hesabına ödənilir. Ziyarətin təşkili ilə bağlı xidmət haqqının əhəmiyyətli hissəsi xarici tərəfdaşlara köçürülür. Buna görə də onun məbləği ABŞ dolları ilə müəyyən edilmişdir (mehmanxana, habelə ziyarət zamanı xidmət şərtlərindən asılı olaraq 4700 (dörd min yeddi yüz) ABŞ dolları və ya 5750 (beş min yeddi yüz əlli) ABŞ dolları). Zəvvarlar xidmət haqqını ödəmə günü mövcud olan məzənnəyə uyğun olaraq ödəməldirlər. Ziyarətə getmək istəyənlər aşagıdakı sənədləri təqdim etməlidirlər – Biometrik (xarici) pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 ölçülü 4 ədəd şəkil (ag fonda rəngli şəkil) və tibbi arayış. Ziyarətə getmək arzusunda olanlara bildirilir ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyildir. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmamazlıqlara görə QMİ məsuliyyət daşımır. (Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7. QMİ-nin Həcc ziyarətinin təşkili şöbəsi, tel. 492-88-48, 437-15-71). Qeyd olunur ki, Həcc ziyarətinin təşkili ilə bağlı əlavə məlumatlar QMİ-nin elektron səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Mart, 2015 14:29 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |