|
Ötən il Azərbaycanda qanunsuz dini təbliğat aparan 491 nəfər saxlanılıb,86 adda dini ədəbiyyatın yayılmasının qarşısı alınıbDini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində ötən il ölkəyə daxil olan 884 adda dini ədəbiyyatdan 86 adda olanının ölkədə yayılmasının qarşısını alıb. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatında bildirilir ki, buna səbəb həmin ədəbiyyatların dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ etməsi olub. Bundan başqa, ölkədə çap olunmaq məqsədilə ekspertizaya 166 adda dini ədəbiyyat təqdim olunub, onlardan 3 adda olanının çapına razılıq verilməyib. Bununla yanaşı, hüquq-mühafizə orqanlarından Komitənin dinşünaslıq ekspertizasına göndərilmiş 952 adda dini ədəbiyyata baxılıb, onlardan 336 adda dini ədəbiyyatın zərərli olduğu müəyyən edilib. Hesabatda o da qeyd olunub ki, ötən il ərzində dini qurumların qeydiyyata alınması prosesi davam etdirilərək ümumilikdə 597-yə çatıb. Bununla da indiyə qədər dövlət qeydiyyatından keçmiş dini qurumlardan 576-sı İslam, 21-i qeyri-islam təmayüllüdür. Sonunculardan 12-si xrisitan, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.- Hesabatda bildirilir ki, Azərbaycanda ötən il ərzində qanunsuz dini təbliğatla məşğul 491 nəfər barədə hüquqi məsuliyyət tədbirləri görülüb. Bundan başqa, istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmamış 2858 dini ədəbiyyat, 553 broşür və 710 kompakt disk, 205 odlu silah, 135 qram opiat qrupuna narkotik vasitə aşkarlanıb götürülüb. Qeyd edək ki, hesabat martın 17-də Milli Məclisdə dinləniləcək Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Mart, 2015 12:30 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |