|
|
Dini icmlara maliyyə yardımı göstərilməsi üçün layihə qəbuluna start verilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmlara maliyyə ayrılması məqsədi ilə layihələrin qəbuluna başlayıb. Ahlibeyt.az-ın islam.az-a istinadən verdiyi xəbərə görə, DQİDK artıq bir müddət əvvəldən dini icma rəhbərlərinə maarifləndirmə, sosial fəaliyyət və s. mövzularda layihə hazırlayıb Komitəyə təqdim etməyi tapşırıbmış. İndi isə artıq icmlardan layihələri qəbul etməyə başlayıb. Proses hələ ki, davam edir. Bütün layihələr qəbul olunduqdan sonra DQİDK-nin xüsusi komissiyası tərəfindən dəyərləndiriləcək və fərqlənənlərə maliyyə yardımı ayrılacaq. Çox sayda icmaya maliyyə ayrılması gözlənilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılmışdı. Xatırladaq ki, DQİDK tərəfindən icmalara birbaşa maliyyə yardımı göstərilməsi ilk dəfə 2013-cü ildə başlamışdı. O zaman bu maliyyə, Dini Komitənin daxili vəsaiti hesabına həyata keçirilmişdi. İndi isə artıq bunun üçün ölkə Prezidenti tərəfindən ayrıca maliyyə vəsaiti ayrılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2015 17:46 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |