|
|
"Heydər" məscidində daimi fəaliyyət göstərən dini icma olmayacaqQafqaz Müsəlmanları İdrasəinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin (BİU) rektoru Hacı Sabir Həsənəli Bakıda yeni inşa edilmiş “Heydər məscidi”nin sədri təyin edilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə contact.az-ın Turan agentliyinə istinadən verdiyi məlumatda bildirilir ki,adı çəkilən məscid Bakı Şəhər İcra Hakimiyyətinin tabelyində olduğu üçün bu təyinatı QMİ yox, məhz şəhər meriyası edib. Məlumata görə,məscidlə bağlı təfərrüatlardan biri də budur ki, məsciddə daimi fəaliyyət göstərən dini icma olmayacaq.Məscidlərin dini icmalar tərəfindən idarə olunması nəzərə alınarsa o zaman "Heydər məscidi" dini icması olmayan ilk məscid olacaq.İcma olmadığı halda məscid həyatının necə idarə ediləcəyi naməlum qalır.Məsciddə ibadətə axund və müftilərin növbə ilə başçılıq edəcəkləri bildirilir. Eyni zamanda qeyd olunur ki,məscidin bütün vaxtlar üçün ibadətə açıq olub-olmayacağı da hələlik bəlli deyil. Bildirək ki, “Heydər” məscidi”nin tikintisinə 2012-ci ildə başlanılıb və 2014-cü ildə tikintisi başa çatıb. Dekabrın 26-da məscidin açılışı olub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2015 16:56 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |