|
Azərbaycanda dövlət-din münasibətləri müzakirə olunubQafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə birgə müşavirə keçirilib Ahlibeyt.az-ın verdiyi xəbərə görə,QMİ mətbuat xidmətinin məlumatında bildirilir ki, hər iki qurumun rəhbərləri və Mərkəzi aparatlarının iştirakı ilə keçən görüşdə dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz çıxışlarında dini icmaların fəaliyyətinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini diqqətə çatdırmış, icmaların qeydiyyatı və dini vəzifələrə təyinat məsələləri, habelə milli-mənəvi, ənənəvi dini dəyərlərin təbligi və inkişaf etdirilməsi iştiqamətində görüləcək işlər barədə məlumat veriblər. Görüşdə QMİ sədrinin I müavini Müfti Salman Musayev, QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək dini icmaların fəaliyyəti ilə bağlı məsələlərdən danışıblar. Çıxışlarda qurumlar arasındakı əməkdaşlıq və işbirliyindən razılıq ifadə olunmuş, məsləhətləşmələr və məşvərətlərin əhəmiyyətli olduğu xüsusi vurğulanıb. Görüşdə QMİ sədri və Dövlət Komitəsinin sədri tədbirdə iştirak edən din xadimlərinin suallarını cavablandırmış və irəli sürülən təkliflərə münasibət bildirmişlər. Konstruktiv səpgidə keçən görüşdə QMİ-nin Qazılar Şurasının üzvləri, bölgələr üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2015 14:41 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |