|
Mübariz Qurbanlı- Azərbaycan soyqırımla əlaqədar dünyanın nüfuzlu təşkilatlarına müraciətlər ünvanlayıbDini Qurumlarla İş üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, QMİ Aparatının rəhbəri Simran Məmmədov, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və nümayəndələri iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Komitə sədri Mübariz Qurbanlı Xocalı faciəsini insanlığa qarşı qətliam adlandırıb, bunun soyqırımı faktı olduğunu deyib. Bildirib ki, o vaxt erməni hərbi birləşmələri Xocalı şəhərini yerlə-yeksan edərək soyqırımı törədiblər. Bu soyqırımı həqiqətləri hazırda dünya ictimaiyyətinə çatdırılır. Son illər ölkəmizin bu yöndə gördüyü işlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər, Milli Məclisin, Xarici İşlər Nazirliyinin və diaspor təşkilatlarımızın fəaliyyəti təqdir olunmalıdır. Prezident İlham Əliyevin bütövlükdə Ermənistanın təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün gördüyü işlər ciddi nəticələr verməkdədir. Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan soyqırımla əlaqədar dünyanın nüfuzlu təşkilatlarına müraciətlər ünvanlayıb. Hazırda gənclərimiz aksiyalar keçirirlər. Onlar dünya ölkələrinə, aparıcı təşkilatlara, o cümlədən ABŞ-ın müvafiq qurumlarına soyqırımı hadisələrini əks etdirən məlumatlar göndərirlər. Ümumiyyətlə, ölkəmiz bu faciə ilə bağlı həqiqətləri dünyaya çatdırıb və hüquqi sənədlərin qəbul edilməsinə nail olub. Bu işlərin davam etməsi Azərbaycanın Ermənistan üzərində ideloji qələbə qazanmasına və mühüm nəticələr əldə etməsinə gətirib çıxaracaq. “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Xocalı faciəsinə gedən yola diqqəti cəlb edib. Bildirib ki, Azərbaycan xalqı müstəqillik istəyirdi. Sovet imperiyası isə bunu heç cür qəbul edə bilmirdi. Odur ki, Sovet ordusu 1990-cı il yanvarın 20-də əliyalın əhalinin üzərinə ağır artilleriya ilə hücum edib, insanları qətlə yetirib. Sumqayıt hadisələrində də qəddarlıqlar çox idi. Bu hadisələrlə sanki Xocalı faciəsinə hazırlıq görülürdü. Qırğın üçün Xocalı da təsadüfən seçilməmişdi. Çünki bu şəhər mühüm strateji mövqeyə malik idi. Anım tədbirində iştirak edən Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Katolik icmasının rəhbəri Vladimir Fekete, Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova və digərləri də Xocalıda uşaqların, qadınların, yaşlıların amansızlıqla qətlə yetirildiyini söyləyib, bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Fevral, 2015 11:25 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |