|
Erməni təcavüzü və dini abidələrinin ermənilər tərəfindən dağıdılmasının tarixi səbəbləri müzakirə olunubBu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun birgə təşkilatçılığı ilə "İşğal altında qalmış abidələrimiz - tarixi yaddaşın izi ilə" adlı konfrans keçirilib. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki,b"Bir neçə gündən sonra Xocalı soyqırımının növbəti ildönümü qeyd ediləcək. Ermənilər işğal altında olan torpaqlarımızda, o cümlədən Xocalıda soyqırımlar, vəhşiliklər törədib. Bu məlumatlar müxtəlif dillərdə yayılıb dünyaya çatıdırılmalıdır. Bununla biz Prezident İlham Əliyevin "hücum diplomatiyası"na töhfəmizi vermiş oluruq". AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva isə deyib ki, Azərbaycan işğal altında qalmış dini, tarixi, mədəni abidələri, Azərbaycana dəymiş maddi zərər üzərində işlənilməli və bu hesab işğalçılar qarşısında qoyulmalıdır: "Bizim məqsədimiz bu məsələni beynəlxalq məhkəməyə, tribunala çıxarmaqdır. İşğal altında təkcə müsəlman abidələri deyil, alban, xristian abidələri də var. Bu gün onların qorunmasından heç bir söhbət gedə bilməz. Biz bu məsələni belə qoymayacağıq və bu istiqamətdə işlərimizi davam etdirəcəyik". A.Mustafayeva həmçinin qeyd edib ki,təəssüflər olsun ki, Avropa Konvensiyasının yurdu olan Avropa ölkələri bu mədəniyyəti qoruyub saxlaya bilmirlər: "Avropada multikulturalizm və tolerantlıqdan danışırlar, lakin real həyatda Avropa buna hazır olmadığını göstərdi. Avropada yaşayan müsəlmanlar nə vaxt və harda Avropada kiməsə qarşı zor tətbiq ediblər? Təbii ki, cinayətkarlar istisna olmaqla. Cinayətkarın isə nə vətəni, nə də dini olur. Amma Avropada İslamofobiya geniş vüsət alır. Bu, onu göstərir ki, Avropa özünə çox arxayın olub və nə mədəni, nə də maarifləndirmə işlərini aparıb. Məhz bu səbəbdən indiki vəziyyətə gəlib çıxıblar". Tədbirdə Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri, ziyalılar, alimlər iştirak ediblər. Qeyd edək ki,işğal olunmuş ərazilərdə məhv edilmiş dini abidələrin ümumi sayı 1000-dən artıqdır Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2015 15:15 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |