|
|
Hacı Şahin Həsənlidən Rusiya prezidenti V.Putunin adına məscid tikilməsi təşəbbüsünə münasibətRusiya müsəlmanları Moskvada prezidenti Vladimir Putinin adına məscid tikilməsi təşəbbüsü ilə çıxış ediblər. Məlumatda qeyd edilir ki, Birləşmiş İslam Konqresi Putinin adına məscid tikmək xahişi ilə artıq Moskva meri Sergey Sobyaninə müraciət də göndərib. Maraqlıdır, müsəlman olmayan şəxsin adına məscidin tikilməsi doğrudurmu? Ahlibeyt.azön verdiyi xəbərə görə, İlahiyyatçı, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli Modern.az-a deyib ki, bu mümkün deyil: “İndiyə qədər hansısa xristianın adını daşıyan məscid tikilməsi faktı olmayıb. Ümumiyyətlə, qeyri-müsəlman olanın adına məscid tikmək, hansısa məscidə onun adının verilməsi təcrübəsi yoxdur. Belə bir addımın atılmasını həm də doğru hesab etmirəm. Çünki məscid müsəlmanların ibadət yeridir. Ona görə də müsəlman şəxslərin adı ilə bağlı olmalıdır. Çox vaxt məscidlər müqəddəs şəxslərin, onları müşayiət edən insanların adı ilə bağlı olur. Məsələn, Əjdər məscidi, Məşədi Dadaş məscidi və sairə”. Putinin adına məscid tikilməsinə gəlincə, axund bunun məqbul olmadığını deyib: “Əgər hər hansı qeyri-müsəlman olan insan siyasi xadimdirsə, məscidlə, ibadətlə bağlılığı yoxdursa, onun adına hansısa məscidin verilməsi məqbul deyil. Putinin də məscidlə heç bir bağlılığı yoxdur”. Qeyd edək ki,adı çəkilən təşkilatın təşəbbüsü Rusiya müsəlmanları tərəfindən də birmanalı olaraq qarşılanmayıb Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Fevral, 2015 21:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |