|
Şəri namaz vaxtı və təqvimlərlə bağlı QMİ, Azərbaycan və İran mütəxəssis alimləri arasında müzakirə aparılıb VİDEO-FOTOGörüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin, Tehran Universitetinin Geofizika İnstitutunun direktoru Fərhəng Əhmədiyyə Qiri, İran Təqvim Şurasının üzvləri və Tehran Universitetinin müəllimləri Ehsan Təvvabi, Cavad Kəlayi, Əmir Həsənzadə,Seyyid Əli Əkbər Ocaq Nejad, Məhəmməd İbadi, Höccətül-İslam Məhdi Söhrabi iştirak ediblər. Azərbaycan tərəfdən isə görüşdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev,Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, QMİ sədr müavini Fuad Nurullayev,QMİ-nin səlahiyyətli nümayəndəsi tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli və digər QMİ əməkdaşları təmsil olunub. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var: “Ancaq Azərbaycanda əsasən şiə və sünni məzhəbinin nümayəndələri yaşayır. Dünyanın bir çox yerlərindən fərqli olaraq, bu məzhəblərin nümayəndələri eyni məsciddə namaz qalırlar. İftar, imsaq kimi məsələlərlə bağlı məzhəblər arasında razılığa gəlinməsinə, məzhəblər arasında yaxınlaşma üçün bu cür görüşlərin keçirilməsinə ehtiyac var. İnanıram ki, alimlərimizin də iştirakı ilə bağlı ümumi rəyə gələ biləcəyik. Fikir ayrılığı yaradan məsələlər barədə din adamları bir qərara gələ bilmirlər, ona görə də elmi nəticələrdən istifadə etməyə zərurət var. Azərbaycanın müstəqil dövlət kimi Şamaxı Rəsədxanası var və dini təqvim məsələsini özümüz təyin edəcəyik. Bu məsələdə sizin də dəstəyiniz lazımdır. Azərbaycanda Şamaxı Rəsədxanası var, QMİ təqvimləri müəyyən etmək üçün Şamaxı Rəsədxanası ilə əlaqə saxlayır. Türkiyəli mütəxəssislərin də rəylərini öyrənmişik, İrandakı alimlər də bizə kömək edib. Dünən və srağagün də təqvimlərlə bağlı Şamaxı Rəsədxanasında görüşlər keçirilib”. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, Tehran Universitetinin Geofizika İnstitutunun direktoru Fərhəng Əhmədiyyə Qirinin rəhbərlik etdiyi İran Təqvim Şurasının üzvləri bu məsələdə Azərbaycana kömək etməyə hazırdırlar. Fərhəng Əhmədiyyə Qiri qeyd edib ki, iki gün ərzində Şamaxı Rəsədxanasında Azərbaycanın din xadimləri ilə səmərəli müzakirə aparılıb. O qeyd edib ki, Tehran Universitetinin Geofizika İnstitutu ölkədə dini təqvimin hazırlanması üzrə əsas qurumdur: “Hazırladığımız dini təqvim İranda həm sünni, həm də şiə məzhəbi tərəfindən müsbət qarşılanır. Şamaxıda olarkən üç rəsmi iclas keçirdik, İranda təqvim vaxtının hesablanması ilə bağlı meyarları təqdim etdik. Biz təqvim vaxtını müəyyən edən zaman ehtiyat vaxtını müəyyən etmirik, bunu ibadət edən insanın öhdəsinə buraxırıq. Şamaxıda ikinci iclas yeni ayın təyin edilməsi ilə bağlı idi. İclasda bizim tərəfdən ən müasir texnologiya ilə yeni ayın görünməsi barədə məlumat verildi. Biz bu məsələlərdə azərbaycanlı qardaşlarımızla əməkdaşlıq etməyə hazırıq. Azərbaycanlı həmkarlarımız da bu sahədə fəaliyyətləri ilə bağlı bizə məlumat verdilər. Bu ilin may ayında Tehran Geofizika İnstitutu tərəfindən dini təqvim, yeni ayın görünməsi ilə bağlı konfrans keçiriləcək. Bu konfransda ərəb ölkələrindən də nümayəndələr gələcək. Sizi də o görüşə dəvət edirəm”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2015 18:13 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |