إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübariz Qurbanlı - Bəzi məscidlər var ki onlar həqiqətən qeydiyyata alınmayıb

“Azərbaycanın bəzi kənd və qəsəbələrində qədim tarixə malik məscidlərin və onların kimin mülkiyyətində olması məsələsi öz həllini tapıb”.

Ahlibeyt.az-ın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Sia-ya  məscidlərin qeydiyyatı və mülkiyyət huquqları ilə bağlı münasibət bildirərkən qeyd edib.

Komitə sədrinin sözlərinə görə, məscidlərin böyük əksəriyyəti bələdiyyələrin balansındadır: “Bir qisim məscidlər var ki, onlar tarixi abidələr olduğuna görə, Mədəniyyət və Turizm Nazirliyinin balansındadır bəziləri isə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindədir. Amma elə məscidlər də var ki, onlar Azərbaycanın müstəqilliyinin ilk illərində heç bir qanunun tələbinə cavab vermədən inşa edilib. Təbii ki, bu cür məscidlərin qeydiyyatı məsələsi də qanuna müvafiq şəkildə öz həllini tapmalıdır. Elə məscidlər var ki, onlar qanunauyğun tikilməyib və layihələri lazımi səviyyədə müvafiq icra hakimiyyətində təsdiq etdirməyib. Yəni onlar müstəqilliyin ilk illərindəki xaotik vəziyyətdən sui-istifadə edərək həmin məscidləri tikiblər. Ona görə də bu cür məscidləri biz diqqətlə araşdırırıq və yerli icra hakimiyyətləri ilə birlikdə bunlar barədə fərdi şəkildə qərarlar qəbul edirik. Heç şübhəsiz ki, bəzi məscidlər var ki onlar həqiqətən qeydiyyata alınmayıb”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Fevral, 2015  12:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!