|
|
Mübariz Qurbanlı - Qanun qəbul edildikdən sonra bütün məzarlıqlar eyni olacaqAzərbaycanda məzarlıqlarla bağlı qanun layihəsi hazırlanır. Qanun qəbul edildikdən sonra bütün məzarlıqlar eyni olacaq. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, insan vəfat edəndə onun məzarı üzərində nişanə olmamalıdır. Qanun qəbul edildikdən sonra məzarın üstündəki sinə və ya baş daşı ilə digər insan məzarı üzərindəki daş arasında fərq olmayacaq: "Qəbiristanlığa girən zaman elə bilirsən ki, muzeyə girisən. Bu, düzgün deyil. Qəbiristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Bununla bağlı qanun layihəsi də hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Məqsəd İslami dəyərlərin qorunmasıdır". Özəl qəbiristanlıqlar məsələsinə gəlincə, Komitə sədrinin sözlərinə görə, hansısa şirkət və qurum yer götürəcək və orada qəbiristanlıq yaradacaq: "Orada dövlətin qəbul etdiyi qaydalara uyğun qəbiristanlığın mühafizəsi, abadlaşdırılması və qəbirlərin yerləşdirilməsi ilə bağlı məsələlər yerli icra hakimiyyətlərinin və bələdiyyələrin nəzarətində olacaq". M.Qurbalı qeyd edib ki, hazırda qəbir yerlərinin pulla satılması düzgün deyil: "Belə bir məsələ yoxdur və olmayacaq da. İndi də qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu, çox cüzi məbləğdir. Bəzi adamlar deyirlər ki, qəbir yerləri satılır, bu, düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Əgər kimdənsə qəbir yerlərinə görə yüksək məbləğlər tələb edilirsə, belə halla rastlaşan insanlar müvafiq qurumlara və bizim komitəyə müraciət edə bilərlər". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2015 16:11 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |