|
İŞİD-ə cavabımız bütün dünyaya səs salacaq - İordaniya hökumətiBeynəlxalq koalisiya üzvləri ilə birlikdə ekstremizmə son qoymağa, terrorçuluğun kökünü kəsməyə və İŞİD-i məhv etməyə yönəlmiş planlarımızı nəzərdən keçiririk. Ordu və təhlükəsizlik qüvvələrimiz planlar hazırlayır. Həmin planları ən uyğun vaxtda açıqlayacağıq. İordaniyanın İŞİD-in son addımına cavabı bütün dünyaya səs salacaq." Ahlibeyt.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə,Al-Jazeera agentliyinin məlumatıda bildirilir ki,bu açıqlamanı İordaniya hökumətinin mətbuat katibi Məhəmməd əl-Mumani "İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı mübarizə planından danışarkən edib. İŞİD-in iordaniyalı pilotu edam etməyi ilə bağlı təhlükəsizlik üzrə fövqəladə iclas keçirən İordaniya kralı ikinci Abdullah da Terror təşkilatına qarşı mübarizənin sərt olacağını bildirib: "Biz bu mübarizəni öz etiqadımızı, dəyərlərimizi və insani prinsiplərimizi qorumaq üçün aparırıq. Biz onları öz evlərində vuracağıq!"Pilotun öldürülməyinə veriləcək cavabın yeri silkələyəcək gücdə olacağını bəyan edilib. Bildirək ki, İŞİD silahlılarının iordaniyalı pilot Muaz əl-Kəsasəbinin edam səhnələrini yaymalarından dərhal sonra İordaniya hökuməti həbsdə saxlanılan Terror təşkilatı ilə əlaqəli iki nəfəri edam edib. Yeri gəlmişkən, Pentaqon rəsmilərinin son açıqlamasına əsasən, koalisiyaya üzv olan və bundan əvvəl İŞİD-in Suriyadakı mövqelərinin bombardmanında iştirak edən Birləşmiş Ərəb Əmirlikləri iordaniyalı pilotun edamından sonra öz təyyarələrini Suriyadan geri çəkib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Fevral, 2015 14:17 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|