إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“İslamda qadın haqqları” mövzusunda tədbir keçirib

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən “İslamda qadın haqqları” mövzusunda tədbir keçirib.

Ahlibeyt.az-ın məlumatına görə, ilk olaraq, tədbir iştirakçıları tərəfindən Azərbaycanın Dövlət Himni oxunub. Daha sonra “Qazi Qarabağ” azanı səsləndirilib,şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycanın mənəvi mühitində hər kəsə doğru yol nəsib olmur. Onun sözlərinə görə, bu gün dövlət tərəfindən dini cameədə yaradılan tolerant mühitdən sui-istifadə edənlər var: “Lakin Azərbaycan qadınlarının ailədə, cəmiyyətdə öz vəzifəsi üzərinə övladlarına, gənclərə göstərdikləri doğru yol nəticəsində onlar pis əməllərdən, vərdişlərdən uzaq ola bilərlər. Yaddan çıxarmamalıyıq ki, bizi qarşıda Qarabağ, işğal olunmuş torpaqların azadlığı gözləyir. Biz də Azərbaycan qadını olaraq, bu yolda əlimizdən gələni əsirgəməməliyik. Bu yolda İslam dininin, Peyğəmbər (s) əxlaqının təbliği haqq yolunda görülən işlərə mübarək vəsilə ola bilər”.

S.Əzimbəyli  Azərbaycan dövlətçiliyinin mühafizə olunmasında ölkə qadınlarının xüsusi məsuliyyət daşıdığını qeyd edərək bildirib:“Bu gün gənclərimiz radikal təkfirçilərə qoşularaq Suriyada, İraqda döyüşür. Onların radikal dini qüvvələrə qoşulmasında hardasa azərbaycanlı analar da məsuliyyət daşıyır. Övladlarının namaz qılmaları ilə fəxr edən Azərbaycan qadını bir çox hallarda onların əslində təkfirçi qüvvələrin təsirinə düşərək, dövlətinin və dininin düşməninə çevrilməsindən xəbərsiz olurlar”.

Tədbirdə birliyin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımova çıxış edərək azərbaycanlı qadınların dövlət-din münasibətlərində, xüsusilə dövlətçilik prinsiplərinin qorunmasında önəmli rol malik olduğunun diqqətə çatdırıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2015  13:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!