|
Bakıda“Müstəqilliyimizin fədakar carçıları 20 yanvar şəhidləri “ adlı tədbir keçirilib 20 yanvar faciəsinin 25-ci ildönümü ölkənin tanınan ilahiyyatçıları, ziyalıları və ictimaiyyət nümayəndələri tərəfindən qeyd edilib.
"Müstəqilliyimizin fədakar carçıları 20 yanvar şəhidləri “ adlı tədbir Quran ayəsinin oxunması ilə açıq elan olunub. Ardınca dövlət himni səsləndirilib.
Ahlibeyt.az-ın Azadxəbər-ə istinadən verdiyi xəbərə görə, tədbirdə öncə çıxış edən tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli 20 yanvar faciəsinin xalqın yaddaşında dərin iz buraxdığını bildirib. İlahiyatçı deyib ki, "20 Yanvar şəhidlərin xatirəsinin əziz tutulduğu bir gündür. Şəhidlərin xalqın rifahını öz mənafelərindən üstün tutaraq azadlıq yolunda canlarından keçdiyini və bu səbəbdən də onların dəyərli olduğunu vurğulayıb."
Digər natiq, Quran hafizi Zülfüqar Mikayılzadə tarix salnaməmizə qara hərflərlə yazılan 20 yanvar faciəsini xalqın azadlıq mübarizəsi kimi dəyərləndirdi. Hər zaman nəhəng dövlətlərin xalqları əsarətdə saxlamaq məqsədi ilə xırda ölkələrə təzyiqlər etdiyini vurğuladı. Qloballaşan dünyada savadsızlığın artdığını və bu səbəbdən də xalqları əsarət altına almağın asan olduğunu deyən ilahiyyatçı elmsiz öz dini və mənəvi dəyərlərimizi qoruya bilməyəcəyimizi də diqqətə çatdırdı.
20 yanvar hadisələri barədə öz fikirlərini bölüşən ilahiyyatçı İlqar İbrahimoğlu xalqımızın tarix boyu bu cür müsibətlərlə üzləşdiyini və zamanın çətin sınaqlarından üzüağ çıxdığını qeyd edərək Azərbaycana yeridilən Sovet qoşunlarına qarşı xalqın canlı sipər yaratdığını və bu yolda da gənclərimizin şəhid olduğunu qeyd edib.
Tədbir sırasında çıxış edən digər ilahiyyatçılar da azadlıq uğrunda canını fəda edən şəhidlərin Kərbəla məktəbinin davamçıları olduğunu bildiriblər. Şəhidlik zirvəsinin uca məqamından söz açdılar.Tədbir Əhli-beyt şairlərinin şəhidlərin əziz xatirəsinə ithaf etdiyi şer və nəğmələrin səsləndirilməsi ilə yekunlaşıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Yanvar, 2015 11:54 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |