|
"Məşədi Dadaş" və "İmam Cəfər Sadiq" məscidlərinin dini icma üzvləri "20 yanvar" şəhidlərini ziyarət edəcəkAzərbaycan xalqı sabah 20 Yanvar faciəsinin 25-ci ildönümünü anacaq. Azərbaycan xalqının milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə tutulan divanın üstündən düz 25 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Xalqımız bu qara tarixi gələcək nəsillərin yaddaşında həkk etmək,fədakarlıq nümunəsini gələcək nəsillərə ötürmək üçün hər il Qanlı 20 Yanvar şahidlərinin ziyarətinə tələsir. Ahlibeyt.az-ın əldə etdiyi məlumata görə, bu il yanvar ayının 20-i ümummilli matəm günü ilə bağlı Bakının "Məşədi Dadaş" və SədərəkTM ərazisində yerşəşən "İmam Cəfər Sadiq" məscidinin dini icmaları "Şəhidlər Xiyabanı"nı ziyarət edəcək. Əldə etdiyimiz məlumata görə ziyarət "Məşədi Dadaş" məscidinin İmam cüməsi tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli və "İmam Cəfər Sadiq" məscidinin axundu ilahiyyatçı Hacı Əkrəm Əliyev xalqımızın tarixinə qara hərflərlə yazışlmış "20 Yanvar" gününü əziz şəhidlərimizin xatirəsini yad etmək üçün dini icma üzvlərinin bu ziyarətə qatılmasını tövsiyyə ediblər. Qeyd edək ki,ziyarət saat 15:00-da keçmiş Əzizbəyov heykəlinin qarşısından "Şəhidlər Xiyabanı"na tərəf istiqamət götürəcək.Ziyarətə qoşulmaq arzusunda olnalar saat 14:30-da Əzizbəyov heykəli qarşısında olmaları tövsiyyə olunur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2015 16:46 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |