إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli -"Yarış zamanı idmançının öz sevincini hər hansı bir yöndə səcdəyə getməklə ifadə etməsində heç bir haram iş - əməl yoxdur”

Şükür səcdəsi, yəni bir sevindirici hal baş verəndə, bir nemət nəsib olanda edilən səcdədir. Daha yaxşı olar ki, bu halda da üzü qibləyə səcdə olunsun. Ancaq bu səcdə qibləyə olmasa da haram deyil.

Ahlibeyt.az-ın məlumatına görə bunu İlahiyyatçı alim, "Məşədi Dadaş" məscidinin imam-cüməsi Hacı Şahin Həsənli goal.az -ın Azərbaycan futbolçuları səcdəyə gedərkən günah edirlərmi?sualını cavablandırarkən bildirib.

Hacı Şahin Həsənli qeyd edib ki,insanların ancaq namaz qıldığı zaman üzü qibləyə olması vacibdir. Çünki insan qibləyə yox, Allaha ibadət edir. Allah da hər bir yerdədi. Sadəcə olaraq, bir vəhdət simvolu olaraq namazda insanları bir istiqamətə yönəltmək üçün Kəbə qiblə seçilib. İnsanlarda üzü Kəbəyə - qibləyə ibadət edirlər.

İlahiyyatçı bildirib ki, İnsanların şükür səcdəsi etməsində heç bir problem yoxdur. Şükür səcdəsi,sevindirici bir hal baş verəndə, bir nemət nəsib olanda edilən səcdədir. Daha yaxşı olar ki, bu halda da üzü qibləyə səcdə olunsun. Ancaq bu səcdə qibləyə olmasa da haram deyil. Əgər niyyətin Allahadırsa, namazdan başqa vaxt hansısa sevinc zamanı üzü qibləyə olmayan səcdə haram deyil. Bunu haram hesab etmək heç cür düzgün deyil. Əsas olan niyyətdir. Qibləmiz Kəbədir.Biz insanlar Kəbəyə yox, Allaha ibadət edirik. Quranda qeyd olunur ki, üzünüzü hara çevirsəz, Allah ordadır. Allah üçün xüsusi bir məkan yoxdur ki, Tanrı yalnız orda olsun. Allah hər yerdədir.

Sonda Hacı Şahin Həsənli vurğulayıb ki, "yarış zamanı idmançının öz sevincini hər hansı bir yöndə səcdəyə getməklə ifadə etməsində heç bir haram iş - əməl yoxdur və islam alimlərinin və müctəhidlərin də bununla bağlı hər hansı bir fətvası yoxdur."

Qeyd edək ki,futbolçuların qol vurarakən alınlarını yerə qoyaraq səcdə etməsi İstanbulun "İsmailağa Cemaati"nın qurucusu Cübbeli Ahmed Hoca kimi tanınan Ahmet Mahmut Ünlünün etrirazına səbəb olub və bildirib ki,aktyorlardan, idmançılardan, məşhurlardan kim İslama uyğun jest etsə, məmnun olarıq. Çünki gündəmə İslam gəlir. Azyaşlı nəsil bu hərəkətin hansı anlama gəldiyini öyrənmək istəyər. Amma şükür səcdəsində qibləyə yönəlmək lazımdır.Qol vuranda istədiyin tərəfə əyilib səcdə edə bilməzsən. Bu caiz deyil (yəni bəyənilmir), əksinə günahdır. Səcdəni qiblədən qeyrisinə etmək küfrdür. Təhlükəli bir şeydir".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2015  15:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!