|
DQİDK sədr müavini - " 20 Yanvar faciəsini, Novruz bayramını,Şah İsmayıl Xətaini qəbul etməyənə necə azərbaycanlı demək olar"Azərbaycanda nurçuluğun iki qanadı var"
Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bunu Dini Qurumlarıla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilmiş konfransdakı çıxışında deyib.
Komitə sədrinin müavini bildirib ki, bunlardan biri “dərsxana nurçuluğu”, digəri isə onlardan ayrılmış “müasir nuçuluq”dur: "Azərbaycanda əsasən bölgələrdə daha çox fəaliyyət göstərən “dərsxana nurçuluğu”dur. Onlara görə, dini izah eləməmişdən, hətta Qurandan öncə risalələri oxumaq lazımdır. Onların fikrincə, yalnız bu risalələri oxumaqla Quranı başa düşmək olar.
Bunların “müasir nurçuluq” qanadından fərqi odur ki, siyasətə qarışmırlar. Ancaq təhsilə, dinlə bağlı təbliğata önəm verirlər. “Müasir nurçuluq” qanadında isə siyasi proseslərə müdaxilə var. Məsələn, seçkilərdə kollektiv şəkildə iştirak edirlər. Rəhbərlərinin mövqeyini nəzərə alaraq siyasi proseslərə qatılırlar”.
Gündüz İsmayılov nurçuluğun Azərbaycanda hansı məqamlarda təhlükəli olub-olmaması, cəmiyyət üçün qəbul olunmayan tərəflərindən da danışıb: “Bilirsiniz, Azərbaycanı birləşdirən dəyərlər var. Məsələn, 20 Yanvar faciəsini, Novruz bayramını, 28 May gününü, Qurtuluş gününü, 26 İyun gününü, 31 Dekabr gününü, Şah İsmayıl Xətaini, Dədə Qorqudu və s. qəbul etməyənə necə azərbaycanlı demək olar? Bunları qəbul etməyənin bir amerikandan, ingilisdən, ərəbdən fərqi varmı? Əlbəttə yoxdur. Saydıqlarım bu ortaq milli-mənəvi dəyərləri qəbul etməyən insanlar Azərbaycan dövlətinə, Vətənə, xalqına münasibət baxımından azərbaycanlı sayılmayandan sonra onların dindar olmasının elə bir əhəmiyyəti qalmır”.
Komitə sədrinin müavini deyib ki, dinin ölkədə yayılmasında problem yoxdur: “Amma elə yayılmalıdır ki, qanunlar pozulmasın, həqiqi dini dəyərlər yayılsın və yayılan zaman milli-mənəvi dəyərlərə əks əməllər olmasın” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Dekabr, 2014 17:18 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |